Maye yaşıl gübrə. Maye yaşıl gübrə ekoloji kənd təsərrüfatında kifayət qədər geniş tətbiq olunur. Belə gübrələr bitki tərəfındən asan mənimsənilir və onlar bitkilərin intensiv boy atmasını təmin edir. Maye yaşıl gübrə müxtəlif bitkiləri (məsələn: gicitkən, xəndəkotu və s.) qıcqırtmaqla hazırlanır. Onun tərkibində çoxlu miqdarda azot və kalium elementləri vardır. Bu gübrələr bitkilərin suvarılmasında birbaşa kökdən verilir, həmçinin onun duruldulmuş cövhəri bitki üzərinə çilənir və kökdən kənar yemləmə həyata keçirilir.
Peyin. Peyin ən müһüm üzvi gübrədir. Peyinin əhəmiyyəti, yalnız onda muһüm elementlər sayılan azot, fosfor və kaliumun olması ilə deyil, һəm də ucuz başa gəlməsi və torpaqda öz təsirini uzun müddət saxlaması ilə əlaqədardır. Peyinin tərkibində əsas qida maddələrindən olan azot, fosfor, kalium, kalsium, bir sıra mikroelementlər və bir çoх başqa qida maddələri vardır. Peyini və başqa üzvi gübrələri torpağa verməklə orada mikroorqanizmlər üçün qida mənbəyi yaradılır və torpaqda mikrobioloji proseslər sürətlənir.
Quş zılı. Quş zılı qiymətli, xeyli qatı və tez təsir göstərən üzvi gübrədir. Peyin kimi onun da tərkibində bitkilərə lazım olan qidalı maddələr vardır. Lakin quş zılında bunlar daha çoxdur. Buna səbəb quşların daha qüvvətli yemlərlə qidalanmasıdır.
Qeyd olunan üzvü gübrələr aşağıdakı üstünlüklərə malikdir:
4.4. Məhsul istehsalı zamanı Avropa İttifaqında ekoloji kənd təsərrüfatı tənzimlənməsi və İFOAM - qaydaları
1972-ci ildə ekoloji kənd təsərüfatını vahid bir ideya ətrafında birləşdirən və onu ümumdünya miqyasında təmsil edən Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) yaradıldı. IFOAM-ın yaranması ilə bu hərəkat daha böyük sürətlə inkişaf etməyə başladı. IFOAM-ın əsas məqsədi aşağıdakılardan ibarətdir:
Ekoloji kənd təsərrüfatının əsas prinsipləri IFOAM-ın standartlarında ifadə olunur (IFOAM, 1992):