5.1.2.3. Pomidorda unlu şeh
Patogenin morfologiya və biologiyası. Bitkilər onların inkişafının istənilən fazasında birinci yarpaqlardan meyvəvermə fazasına qədər yoluxur. Xəstəlik yarpaqların üst səthində və gövdədə spor mərhələsindən ibarət ağ örtük şəklində meydana çıxır. Örtük müəyyən zaman ərzində qonur rəng alır. Sirayətlənmiş yarpaqlar saralır və ölüşgəyir.
Ekologiyası. Patogenlər geniş temperatur (18-280C) və havanın nisbi rütubəti şəraitində inkişaf edirlər. Tez-tez az yağan yay yağışları xəstəliyin inkişafını sürətləndirir.
Mübarizə tədbirləri | ||
Tətbiq oluna bilən funqisidlər |
Doza, 100 litr suya | Bitki qalıqlarının məhv edil-məsi, növbəli əkində bitkilərin növbələşməsi, yüksək aqrotexnika önəmlidir. Lakin vegetasiya dövrü xəstəliyin ilkin simp-tomları göründükdə fungisidlərlə çiləmələr aparıla bilər. |
Azoxystrobin SC 250 g/l | 75ml | |
Benomyl WP50 % | 40 qr | |
Buprimate EC 250 qr/l | 400 ml | |
Carbendazim WG 50% | 50 qr | |
Dinocap 370 g/l | 500 qr | |
Ethirimol EC 280 qr/l | 50 ml | |
Fenarimol EC 120 qr/l | 10 ml | |
Fenbuconaloze EV 50 g/l | 100 ml | |
Hexaconaloze SC 50 g/l | 40 ml | |
Kükürt WP 80% | 400 qr | |
Myclobutanil EC 125 g/l | 30 ml | |
Nuarimol EC 90 qr/l | 10 ml | |
Pyrazophos EC 300 qr/l | 400 ml |
5.1.2.4. Ağ ləkəlik və ya septorioz (Septoria lycopersici Speg)
Patogenin morfologiya və biologiyası. Əsasən yarpaqlar, bəzən gövdə və meyvələr sirayətlənir. Xəstəlik 2-3 mm diametrə qədər tünd çalarlı və çoxsaylı tünd nöqtələrlə əhatə olunmuş çirkli ağ ləkələr formasında zühur edir. Güclü yoluxma zamanı ləkələr birləşir və yarpaq hissəsini tam tutur. Yarpaqlar saralır və quruyurlar.
Ekologiyası. Göbələyin inkişafı üçün havanın nisbi rütubətinin 72-94%, temperaturun 15-270C olması tələb olunur. Belə şəraitdə patogenin inkubasiya müddəti 8-14 gündür.
5.1.2.5. Pomidorun vertisilliyoz və fuzarioz soluxması (Verticillium albo-atrum Rein. et Berth, Fusarium oxysporium f. lycopersici Sacc(ml))