5.1.2.6. Pomidorun antraknozu (Colletotrichum atramentarium Taub)
Patogenin morfologiya və biologiyası. Xəstəlik üst yarpaqlardan başlayır və bitkinin soluxması ilə meydana çıxır. Belə bitkilər torpaqdan asanlıqla çıxır, onların kökləri dağılmış vəziyyətdə olur, burada toxumaya yüklənmiş kiçik sklerosiyalar görünür. Bəzən gövdə və meyvələrdə qonur yastıcıqlar (lojalar) da müşahidə edilir.
Ekologiyası. Xəstəlik törədici isti və rütubətli havada bir-neçə gün müddətində əhəmiyyətli dərəcədə məhsul itkisinə səbəb olur. Patogen üçün 16-200C temperatur və havanın nisbi rütubətinin 70-80% həddində olması önəmlidir. Bu şəraitdə xəstəliyin inkubasiya müddəti 5-7 gündür.
Mübarizə tədbirləri | ||
Tətbiq oluna bilən funqisidlər |
Doza, 100 litr suya | Növbəli əkinə əməl etməklə, pomidor əvvəlki əkin yerinə 3 ildən sonra qaytarılmalıdır. Havalanmanı kifayət qədər təmin etmək üçün optimal bitki sıxlığına əməl edilməli, meyvələrin yetişməsi fazasında qruntda optimal nəmlik gözlənilməli, suvarılma günün birinci yarısında aparılmalıdır. Ehtiyac duyulduqda fungisidlərlə çiləmə aparıla bilər. |
Bakır Oksit WP 50% | 500 qr | |
Bakır Oksiklorür WP 50% | 500 qr | |
Maneb WP 80% | 200 qr | |
Mancozeb WP 80% | 200 qr | |
Mancozeb WP 72% | 250 qr | |
Propineb WP 70% | 300 qr |
5.1.2.7. Pomidorun qara bakterial ləkəliyi (Xanthomonas campestris pv. vesicatoria (Dowson) Dye)
Patogenin morfologiya və biologiyası. Bitkilər bütün vegetasiya dövrü yoluxur. Bakterial xərçəng iki formada meydana çıxır: diffuz və yerli yoluxma. Diffuz yoluxmada boru sistemi yoluxur, nəticədə şitillər və yaşlı bitkilər soluxur və quruyur. Bakteriyalar bitki toxumasına mexaniki zədələnmələr vasitəsilə keçir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar, çürüməmiş bitki qalıqlarıdır. Vegetasiya dövrü bakteri ya həşərat, əkin və yağış suyu, bitkilərə qulluq zamanı istifadə olunan əmək alətləri ilə yayılır.
Ekologiyası. Xəstəliyi törədən bakteriya mülayim hava və rütubətli şəraitdə daha intensiv inkişaf edir. Havanın gündəlik orta temp eraturu 30-330C və 80%-ə yaxın nisbi rütubət patogenin yayılmasını intensivləşdirir.
Mübarizə tədbirləri. Səpin üçün yüksək reproduksiyalı sağlam toxumlardan istifadə olunmalıdır.