Saplaq, gövdə və meyvə ayaqcıqlarında səthi, tez-tez kəsilən qırmızı-qəhvəyi ştrixlər formalaşır. Mey-vələrin səthində xəstəlik qəhvəyi zolaq və ya səthi parıltılı kələ-kötür ləkə kimi meydana çıxır. Ştrix olan ayrı-ayrı hissələr basıqdır və bərkiyir. Daha sonra meyvənin tələf olmuş toxuması mantarlaşır və partlayır, bunun nəticəsində yara əmələ gəlir.
Sirayətlənmiş yerlər ölüşgəyir, gövdə kövrəkləşir, asanlıqla sınır, bəzən isə bitkinin təpə hissəsi ölüşgəyir. Xəstəliyin törədicisi olan virus uzunsov möhkəm, diametri 18 nm, uzunluğu 300 nm olan hissəciklərdən ibarətdir. Xəstəlik 15-200C temperaturda intensiv inkişaf edir, inkubasiya müddəti 10-14 gündür. 220C-dən yuxarı temperaturda inkişaf zəifləyir, 240C-dən yuxarı isə tamamilə dayanır. Virus toxumlarda və quru bitki qalıqlarında qışlayır.
5.1.2.11. Pomidorun stolburu (Fitoplazma)
Xəstəliklə bitkinin yarpaq, zoğ, çiçək və meyvələri yoluxur. Stolburun pomidorda ilkin əlamətləri təpə yarpaqlarının rənginin dəyişməsidir. Yaşıl rəng yarpaq ayəsinin kənarları boyunca daha açıq olur. Xloroz bütün yarpaq ayasını tuta bilir.
Müəyyən müddət sonra yarpaq və gövdələr bənövşəyi haşiyə alır, ona görə ki, toxumalarda antosianin maddəsi toplanır. Yarpağın bir qismi normaldan kiçikdir, onların kənarları yuxarıya doğru qalxır, «qayıq» əmələ gətirir. Yoluxma meyvələrin yetişdiyi zaman baş verdikdə onlar normal rəng ala bilmir, qəhvəyi olurlar. Lətin toxumasının bir hissəsi odunlaşır, buna görə də meyvələr bərk olub, dadsızlaşır.
Mübarizə tədbirləri. İstixanada becərilən pomidor əkinlərində yüksək aqrofon yaradılmalıdır. Toxum materialı yalnız sağlam bitkilərin meyvələrindən götürülməli və onlar dezinfeksiya edilməlidir. Bunun üçün toxum materialı 1%-li KMnO4 (Kalium permanqanat) məhlulunda 20 dəqiqə müddətində saxlanmalıdır. Bundan əlavə toxumların sağ-lamlaşdırılması istidə qızdırılma yolu ilə də ola bilir. Bunun üçün toxumlar 50-520C temperaturda 1-2 sutka, sonra daha bir sutka 70-800C temperaturda saxlanılır. İstixana torpağı və əmək alətləri dezinfeksiya edilməli, alaq otları, viruslar və fitoplazmanın daşıyıcılarına qarşı müntəzəm mübarizə aparılmalıdır.