Həmin örtük xəstəliyi törədən göbələyin konididaşıyanlarından və konidilərindən ibarətdir. Yarpaq səthində yoluxmuş toxumaların miqdarı artdıqca onlar birləşir və yarpaqların ümumi xlorozuna səbəb olur. Bu qaydada olan yarpaqlar tökülürlər. Xəstəlik adətən yaşlı yarpaqlardan cavanlara doğru
keçiddədir. Xəstəlik açıq qruntda daha fəal inkişaf edir. Havanın nisbi rütubəti 60-70% və gündəlik orta temperaturun 18-220C həddində olması törədicinin kütləvi yayılmasını təmin edir.Xəstəlik əsasən yarpaqlarda əmələ gəldiyi üçün fizioloji proseslər zəifləyir, transpirasiya güclənir, fotosintez azalır, nəticədə məhsuldarlıq aşağı düşür.
Xəstəliyin kütləvi inkişaf etdiyi illərdə məhsul itkisi 15-20%-ə çatır.
Mübarizə tədbirləri | |
Tətbiq oluna bilən funqisidlər | Yüksək aqrofonda xəstəliyin ilkin əlamətləri göründükdə preparatının işçi məhlulu ilə çiləmə həyata keçirilir. Strobi sistem təsirlidir və xəstəlik törədicidə 1-2 çiləmədən sonra ona qarşı davamlılıq əmələ gələ bilir. Bunu aradan qaldırmaq üçün tərkibində 80% kükürd olan preparatının işçi məhlulundan istifadə etmək mümkündür. |
Kumulus 0,8%-li |
5.1.3.3. Badımcan və bibərin cənub sklerosial çürüməsi (Sclerotium rolfsii Sacc.)
Patogenin morfologiya və biologiyası. Badımcan bitkilərində vertisillioz soluxmanın simptomları yavaş inkişaf edir. Yoluxmanın xarakterik əlaməti yaşlı yarpaqların uclarında V-şəkilli zədələrin görünməsidir. Yarpaq uclarında təsvir edilən ləkələr müəyyən zaman keçəndən sonra ölçücə böyüyür və bütün yarpağı əhatə edir.Bibərin yoluxmuş yarpaqları böyümədən qalır və alt yarpaqlarda zəif xloroz əlamətləri nəzərə çarpır. Xəstəlik inkişaf etdikcə badımcan və bibər bitkilərində böyümənin gecikməsi sürətlənir, gündüz yoluxma zamanı xlorozda güclənir. Soluxma bəzən asimmetrik ola bilir, bitkinin müəyyən hissələrində turqor saxlanılır. Bunun ardınca permanent soluxma gəlir və bitki məhv olur. Sirayətlənmiş bitkilərin kök boğazında kəsiklər etdikdə boruların tünd qəhvəyi rəngi görünür, törədici özəyə və gövdəcik budaqlara keçir. Yoluxmuş bitkilərdə formalaşan meyvələr kiçik və deformasiyalıdır.Badımcan və bibərdə vertisilliyoz soluxma törədən Verticillium cinsi göbələkləri geniş əhatəli bitkiləri yoluxur, bir neçə il müddətində torpaqda və bitki qalıqlarında saxlanılır. Xəstəlik törədən bu mikroorqanizmlər cərgə araları becərilən zaman köklərdə əmələ gələn zədə yerlərindən bitkiyə daxil olurlar.