Xəstəlik törədici ağır gilli torpaqlarda daha intensiv inkişaf edir. Havanın gündəlik orta temperaturunun 21-250C, nisbi rütubətin 70%-dən yuxarı olması bitkilərin yoluxmasını sürətləndirir.Vertisillioz soluxması çox zərərli xəstəlikdir. Xəstəliyin zərəri bitkilərin yerüstü orqanlarının su təminatının pozulması ilə səciyyə edilir ki, bu da sonda onların soluxmasına və ölüşgəməsinə səbəb olur. Deformasiya uğramış, standartdan kənar badımcan və bibər meyvələri əmtəəlik qabiliyyətini itirir, bəzi illərdə məhsul itkisi 50%- dən çox olur.
Mübarizə tədbirləri. Torpağın fumiqasiyası, onun günəş şüaları ilə şüalandırılması müasir mübarizə tədbirləri kompleksinə daxildir. Xəstəliyə qarşı davamlı sortların yox-luğunda növbəli əkinə əməl edilməsi sirayətlənməni zəiflədir.
5.1.3.4. Badımcan və bibərin ağ çürüməsi (sklerotinioz) (Sclerotiniasclerotiorum de Bary)
Xəstəliyin ilkin əlamətləri badımcan və bibər bitkilərinin yarpaq, gövdə və meyvələrində tünd-yaşıl sulu ləkələr formasında meydana çıxır. Bəzən gövdə, zoğ və budaqlarda, sağlam və xəstə toxumanın yaxşı seçildiyi şəkildə aydın görünən quru zədələr müşahidə edilir. Gövdədə olan yoluxma torpağın səthi səviyyəsində onu həlqəyə salır, bununlada bitkinin soluxmasına və məhvinə səbəb olur. Saplaq və ya tumurcuqların yoluxması tezliklə bitkinin aşağısına doğru yayılır. Torpaq səthi ilə əlaqə nəticəsində yoluxmuş meyvələr tez bir zamanda ürüyür və sulu kütləyə çevrilir. Xəstəliyin bu mərhələsində yoluxmuş orqanlar ağ xəzli örtük və mitsellə örtülür. Onların səthində isə sklerosiyalar əmələ gəlir. Sklerosiyalar bununla yanaşı gövdə özəyinin daxilində və toxum kamerasında inkişaf edə bilir. Yetişən zaman sklerosiyalar qara rəng alır və bərkiyirlər. Xəstəlik törədici sklerosiya formasında qışlayır. Yazda cücərməyə başlayan sklerosiyalar silindrik ayaqcıqlı boşqaba bənzər meyvə bədəni apotesilər əmələ gətirir. Sklerosiyanın böyüklüyündən asılı olaraq sklerosiya 1-5 apotesi verə bilir. Apotesinin təpə hissəsindəki oturan kisə spor yerləşir. Bitkilərin yoluxması üçün optimal temperatur 15-180C-dir. Havanın gündəlik orta temperaturu 300C-dən yüksək olduqda yoluxma baş vermir.