İnfeksiya çox zaman yağış damcıları və ya əkin suyu verilməsi ilə yarpaq və ya gövdəyə düşür və xəstəliyin yayılmasını təmin edir.Quru və rütubətli hava xəstəliyin yayılmasında mühüm əhəmiyyət kəsb edir. Havanın gündəlik orta temperaturu 18-200 C olduqda, yüksək nisbi rütubət xəstəliyin inkişafına əlverişli şərait yaradır. Fitopatogen orqanizm turşuluğu neytrala
yaxın torpaqlar üçün daha xarakterikdir. Quru çürümə və ya fomopsis nəinki badımcan və bibər, eləcədə quşüzümü fəsiləsinə daxil olan digər bitkilər üçün də yüksək zərərlidir. Yoluxmuş sahələrdə seyrəklik əmələ gəlir, hektarda bitki sayı aşağı düşür, məhsuldarlıq göstəriciləri, eləcədə istehsal olunan əmtəəlik məhsulun keyfiyyət göstəriciləri mənfi istiqamətdə dəyişir. Bəzi illərdə xəstəliyin təsirindən məhsul itkisi 10-15% və daha artıq olur.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı elmi əsaslara söykənən aqrotexniki tədbirlər kompleksi həyata keçirilməlidir. Davamlı sortlardan istifadə, quşüzümü fəsiləsinə daxil olan bitkilərin bir-birindən 1000 metr təcrid edilməsi, növbəli əkin dövriyyəsinə əməl edilməsi xəstəliyin inkişafını minimuma endirir. Yoluxmuş bitki qalıqları toplanır və məhv edilir. Bitkilərin xəstəlik törədicisinə qarşı davamlılığını yüksəltmək üçün balanslaşdırılmış mineral gübrə dozalarından istifadə edilir. Bu baxımdan fosfor və kalium gübrələrinə üstünlük verilir.
5.1.3.6. Badımcan və bibərin antraknozu (ColletotrichumCapsici Santhw., C.gloesporioides Penz)
Təsnifatdayeri. Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Coelomycetes sinfi, Melanconiales sırası, Melanconiaceae fəsiləsi, Colletotrichum cinsi
Bioloji qrupu. Nekrotrof
Xəstəlik bibər becərilən bütün dünya ölkələrində geniş yayılmışdır. Rusiyanın cənub vilayətlərində, Qərbi Ukrayna, Moldova və Türkiyədə bəzi illərdə epifitotiya formasında inkişaf edir. Xəstəlik ölkəmizdə də qeydə alınmışdır.Antraknoz bibərin bütün yerüstü orqanlarını böyümə mərhələsindən asılı olmayaraq yoluxur.