Toxmacarların yoluxması filqə yarpaqlarla məhdudlaşa bilir, bu zaman infeksiya uzaq məsafələrə yayıla bilmir. Yarpaq və gövdələrdə nekrozlu ləkələr əmələ gəlir, burada da ləkənin rəngi bozdan qəhvəyiyə qədər dəyişə bilir. Yüksək iqtisadi itkilərlə səciyyə olunan forma meyvələrin sirayətlənməsidir.
Meyvələrdə xəstəliyin simptomları su ilə zəngin hissələrdə baş verir və mey və tədricən sarıya bənzər qəhvəyi və ya qəhvəyi rəng alır. Meyvə üzərində meydana çıxan zədələr kiçikdir, həlqəvidir, belə zədələr birləşir və meyvə toxumasının əhəmiyyətli bir hissəsini tutur. Rütubətli hava zamanı meyvələrin üzərində çəhrayı və narıncı rəngli spor kütləsi yerləşir. Göbələyin növündən asılı olaraq yoluxmuş sahədə qara və ya qəhvəyi sapa bənzər strukturlar fərqlənirlər. Antraknozla həm yetişməmiş yaşıl, həm də yetişmiş bibər meyvələri yoluxurlar. Lakin istənilən halda xəstəliyin simptomları meyvələr yetişib qızaran zaman meydana çıxır. Göbələyin mitseli hüceyrə arasında yerləşir və bitki toxumasının epidermisi altında loja şəklində konidi spor mərhələsini formalaşdırır. Müəyyən zamandan sonra epidermis partlayır və konidilər yoluxmuş orqanların səthinə çıxır. Konidi daşıyanlar qılçıqlı, konidilər bir hüceyrəli, düzgün olmayan həlqəvidir. Konidilərin ölçüləri 10-19,5 x 3-4 mkm-dir. Patogen konidilərlə yayılır, bitkinin yoluxmuş hissələrində mitsellə qışlayır. İsti rütubətli hava yoluxmaya və simptomların inkişafına kömək edir. Colletotrichum cinsinin növlərindən asılı olaraq yoluxma üçün optimal temperatur 20-270C həddindədir. Yoluxma üçün damcı su əsas vasitələrdəndir. Duman, səhər şehi xəstəliyin intensivliyini təmin edir.Xəstəliklə əsasən meyvələr yoluxduğundan istehsal olunan məhsulun keyfiyyət göstəriciləri aşağı düşür, əmtəəlik malın miqdarı azalır. Bütövlükdə patogenin inkişafı nəticəsində məhsuldarlıq 25%-ə qədər aşağı düşə bilir. Antraknoz xəstəliyi ilə mübarizədə müasir bitki mühafizəsinin bütün elementlərindən istifadə edilməlidir. İnteqrir mübarizə üsuluna üstünlük verilməlidir, ona görə ki, bu metod xəstəliyə qarşı davamlı sortların becərilməsinə, patogenlərə qarşı onların antaqonistlərindən istifadəyə, bioloji üsulun daha geniş tətbiqinə əsaslanır. Bütün bunlarla yanaşı xəstəliyin ilkin simptomları göründükdə kontakt (1%-li bordo məhlulu, 0,5%-li monikobordo, 0,4%-li misxloroksidi) və sistem (0,1%-li ridomil) təsirli fungisidlərin növbəli tətbiqinə ehtiyac duyulur.
5.1.3.7. Bibər və badımcanın qara bakterial ləkəliyi (Pseudomonas Syringae Van Hall.pv. syringae Van Hall)
Təsnifatda yeri. Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi
Bioloji qrupu. Nekrotrof