Respublika əhalisinin xiyar məhsuluna olan illik tələbatı orta hesabla 90-110 min tondur. Xiyar çox tezyetişən, yüksək məhsuldar bitki olub, il boyu əhalinin tərəvəzlə təmin edilməsində mühüm rol oynayır. Xiyar örtülü torpaq sahələrinin 60-70%-də əkilir və əksər tərəvəz bitkilərindən yüksək səmərə verir. Xiyar bitkisi tezyetişən və məhsuldardır. Respublikada xiyar məhsuluna təlabat yüksək olduğundan hazırda onun alıcılıq qabiliyyəti də yüksəkdir və ona görə xiyarın becərilməsi iqtisadi cəhətdən daha gəlirlidir.
1.1.2. Pomidorun istifadə xüsusiyyətləri və qidalılıq dəyəri
Pomidorun meyvələri yüksək dad keyfiyyətinə malik olduğuna görə insanlar tərəfindən ən geniş istifadə olunan tərəvəz bitkisidir.
Pomidor çox məhsuldar və gəlirli olduğuna görə fermer təsərrüfatlarının iqtisadiyyatında əsas yer tutur. Ölkəmizdə pomidor həm əkin sahəsinə görə, həm də istehsal olunan məhsulun miqdarına görə xüsusi çəkiyə malikdir.