5.3. Meyvəli tərəvəz bitkiləri becərilən istixanalarda ən çox yayılmış alaq otları və onlara qarşı mübarizə tədbirləri
Alaq otları əkin sahələrində tez və sürətlə böyüyür, mədəni bitkilərin inkişafına və məhsuldarlığına ciddi təsir edərək, kölgədə qoyur, günəş işığından məhrum edirlər.
İstixanada alaq otlarına qarşı mübarizə zamanı aşağıdakılara riayət etmək lazımdır:
Alaq otları xarici mühitin bütün təsirlərinə qarşı dözümlü olduqları üçün özlərinin yaşamaq və çoxalmaq qabiliyyətlərini uzun müddət saxlaya bilirlər. Məsələn: taxıl bitkiləri üçün qənim kəsilən yabanı vələmirin toxumları qeyri-əlverişli şəraitdə belə, torpağın alt qatında (25-30 sm) cücərmə qabiliyyətlərini 5-7 il saxlaya bilirlər. Bu cür təhlükəli alaq otlarına qarşı mübarizədə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılması vacib şərtdir. Tərəvəz və bostan bitkilərinə ciddi ziyan vuran alaq otlarına qarşı aparılan mübarizə tədbirləri də səmərəli təşkil edilməlidir. Cərgəarası becərilən bitkilərdə və meyvə bağlarında aqrotexniki, mexaniki və fiziki tədbirlər nəticəsində alaqlara qarşı mübarizə aparılır. Lakin bu tədbirlər də çox zəhmət və vəsait tələb olunur, həmçinin bitkilərin inkişaf fazaları və əkin sxeminə görə bəzən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi qeyri mümkündür. Ona görə də, mədəni bitkilərin alaq otlarına qarşı mübarizədə, kimyəvi mübarizə tədbirlərinə üstünlük verilir.
Son dövrdə istixanalarda yüksək təsirediciliyə malik olan herbisidlərdən istifadə olunur. Bunlar aşağıdakılardır:
Qeyd: Alaqlara qarşı çiləmədə hektara 300-400 litr işçi məhlulu (su) tələb olunur.