İstixanada becərilən meyvəli tərəvəz bitkilərinin xəstəlik və zərərvericilərlə sirayətlənməsinin ilkin, vizual (görünüşcə) diaqnostikası
Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
- Bir neçə xarakterik bitki nümunələri götürün
|
-
İstixanada becərilən bitkilərindən hər hansı birini seçin
- Xəstəlik və zərərvericilərlə sirayətlənmiş bitkilərdən xarakterik yarpaq, zoğ, gövdə və meyvə nümunələri götürün
|
- Xəstəlik və zərərvericinin bitkidə əlamətlərini təyin edin və qeydlər aparın
|
-
Xəstəlik və zərərvericilərlə sirayətlənmiş bitkilərin xarakterik yarpaq, zoğ, gövdə və meyvələrini nəzərdən keçirin
- Bitkinin müvafiq orqanlarında xəstəliyin gözlə görünən ilkin əlamətlərini təyin edin
- Xəstəliyin daha dəqiq diaqnostikası üçün nümunələrə mikroskop altında baxın
- Bitki üzərində zərərvericinin yetkin fərd, tırtıl, yumurta və s. təsir əlamətlərinə diqqət yetirin
|
- Əyani olaraq müşahidə etdiyiniz nəticələri ədəbiyyat məlumatları ilə müqayisə edin
|
-
Xəstəliyə yoluxmuş və ya zərərverici ilə sirayətlənmiş yarpağın, zoğun, gövdənin və meyvənin şəkilini çəkin
- Hər bir şəkili Sizə uyğun ofis proqramları (microsoft word və ya power point) üzrə bir faylda yerləşdirin, şəkilin təsvirini verin
- Uyğun ədəbiyyatları (həmçinin, cari moduldan da istifadə etməklə) və internet məlumatlarını araşdırın və məlumatları toplayın
- Xəstəliyə yoluxmuş və ya zərərverici ilə sirayətlənmiş yarpağın, zoğun, gövdənin və meyvənin əlamətlərini uyğun ədəbiyyat məlumatları ilə müqayisə edin
- Nəticələrin düzgünlüyünü yoxlayın, yalnış təsvir etdiyiniz məlumatları dəqiqləşdirin və doğru təsvir verin
|