Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Meyvəli tərəvəz bitkilərinin xəstəliklərinə qarşı səmərəli mübarizə onların düzgün diaqnostikasından asılıdır
Sual 2. Xiyar bitkisində kök çürümə xəstəliyinin nişanələri yarpağın saralıb solması, inkişafının dayanması, yumurtalıqların düşməsi, meyvənin tam iriləşməməsi və kök boğazının qaralmasından ibarətdir.
Sual 3. Pomidor və xiyar bitkilərində tripsə qarşı tərkibində təsir edici maddəsi mankozeb olan insektsidlər yaxşı təsir göstərir
Sual 4. Pomidor, badımcan və bibər bitkilərində fitoftoroz, antraknoz və alternarioz xəstəliklərinə qarşı, mankozeb, mis oxsixlorid, monikobordo, ridomil qold ilə mübarizə yaxşı təsir göstərir.
Sual 5. Pambıq sovkası pomidora ən çox ziyan vuran zərərvericidir. Sovka yetkin fərd mərhələsində qışlayır,
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. .............................. bitkisində yalançı-unlu şeh xəstəliyinə qarşı Ridomil Gold, Kurzat və Bordo mayesi ilə çiləmə aparılmalıdır.
Sual 7. Tərkibində təsir edici maddəsi lyambda siqalotrin, imidaxlorid, xlorprifos, asetamiprid, deltametrin olan insektsidlər xiyarda .............................. qanadlıya qarşı yaxşı təsir göstərir.
Sual 8. .............................. qarşı xlorofos, dursban, metafos, danitol kimyəvi preparatları yaxşı təsir göstərir.
Sual 9. Şəkildə göstərilən həşərat .............................. adlanır, xiyar və pomidor bitkilərinin geniş yayılmış zərərvericisidir.