Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Pomidor məhsulunun yığımı mütəmadi olaraq aparılır. Xüsusilə faraş sortların yığımı 4-5 gündən bir, kütləvi yetişmə dövründə isə 3-4 gündən bir aparılmalıdır..
Sual 2. Yığıma 1 saat qalmış suvarma dayandırılmalı və yığımdan sonra heç bir suvarma aparılmamalıdır.
Sual 3. Yığımın gecikdirilməsi məhsuldarlığı yüksəldir, məhsulun keyfiyyətini yaxşılaşdırır
Sual 4. Mexaniki zədəsiz, sağlam halda xiyarı 10-150 temperaturda 3-4 gün, salat üçün sortları isə yalnız 1-2 gün saxlamaq olar. Soyuducularda 0-20S temperaturda və 90% nəmlik rejimində xiyarı 3 həftəyədək saxlamaq olar.
Sual 5. Xiyar bitkisindən yuksək və keyfiyyətli, mövcud standartlara uyğun olan məhsul toplamaq üçün 3-4 gündən gec olmayaraq yığım keçirmək lazımdır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Məhsul uzaq şimal ölkələrinə göndəriləcəksə daha tez, ............................. yetişkənlik fazasında yığılır. Məhsulun bu yetişkənlik fazasında yığılması sonrakı meyvələrin daha tez yetişməsinə şərait yaradır.
Sual 7. ............................. məqsidlə yığılan badımcan meyvəsinin ölçüsü nisbətən böyük (15-25sm) çox ətli olmalıdır.
Sual 8. ............................. qızarması üçün boş, örtülü, quru, havalanan yerlərdən istifadə olunur. Lakin qızarmanı sürətləndirmək üçün xüsusi qaz qurğularından istifadə edilir və 20-220C temperatur şəraiti yaradılır. Bu zaman çəhrayı və alamor meyvələr 3-10 günə, süd yetişkənli və göy meyvələr isə 10-20 günə qızarır.
Sual 9. Yığım, sortlaşdırma, qablaşdırma qaydalarına əməl edilməklə məhsulun ............................. müddətini daha çox uzatmaq olar.
Sual 10. ............................. meyvələrindən kürü (ikra), müxtəlif xörəklər, turşular hazırlanır və konservləşdirilir.