Azərbaycanın örtülü tərəvəzçilik bölgələri və burada becərilən meyvəli tərəvəz bitkiləri haqqında məlumat əldə edin.
Həmin bölgələrdə mövcud olan istixanaların xüsusiyyətlərini (qış-yaz əkin mövsümü üzrə isidilən və isidilməyən istixanalar və s.) araşdırın.
Yaşadığınız ərazidə və yaxın rayonlarda yerləşən istixanalara səfər edin, həmin istixanalarda mövcud olan şərait, təsərrüfatın istehsal həcmi, məhsuldarlıq, digər imkanlar və çatışmazlıqlar haqqında məlumat toplayın və onları təhlil edin.
Yaşadığınız ərazidə və yaxın rayonlarda yerləşən istixanalarda ən çox əkilən, satış qabiliyyətli xiyar, pomidor, badımcan və bibər bitkilərinin sort və hibridləri haqqında araşdırma aparın, onların üstün xüsusiyyətləri və çatışmzalıqlarını fermerlərlə müzakirə edin.
Topladığınız məlumatları ümumiləşdirin və qrup yoldaşlarınızla birgə müzakirələr aparın.