İstixanada becərilən meyvəli tərəvəz bitkilərinin (xiyar, pomidor, badımcan və bibər) sort və ya hibridlərinin əmtəəlik xüsusiyyətlərinə görə qiymətləndirilməsi
Tapşırıq və fəaliyyətlər
Təlimat və tövsiyələr
İstixanada becərilən xiyar, pomidor, badımcan və bibər bitkilərinin satış qabiliyyətli sort və ya hibridləri üzrə meyvə nümunələri əldə edin
İstixanalarda becərilən və ya bazarlarda yayılmış əmtəə görünüşü yüksək olan, satış qabiliyyətli xiyar, pomidor, badımcan və bibərlərin hər birindən 1-2 kq nümunələr toplayın
Müqayisə üçün həmin çəkidə bir qədər əmtəə görünüşü aşağı olan xiyar, pomidor, badımcan və bibər nümunələri tədarük edin.
Topladığınız nümunələrin sort və ya hibrid olduğunu müəyyənləşdirin, onların adını qeyd edin.
Əldə etdiyiniz meyvə nümunələrini əmtəəlik xüsusiyyətlərinə görə müqayisəli qiymətləndirin.
Bunun üçün cədvəl 1.1-dən istifadə edin.
Həmin cədvəlin 8-dən 18-ə qədər sıralarında qeyd olunan meyvənin əsas əmtəə göstəricilərinə nəzərə yetirin
Həmin göstəricilərdən istifadə edərərək əldə etdiyiniz xiyar, pomidor, badımcan və bibərlərin əmtəə xüsusyyətlərini müqayisəli qiymətləndirin.
Bunun üçün müvafiq cədvəl tərtib edin və ardıcıllıqla hər bir göstərici üzrə aldığınız nəticələri qeyd edin. Məsələn: