Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Təzə xiyarın tərkibində 5-6% quru maddələr, 94-95% su vardır.
Xiyarın şirəsi böyrəkdə olan daşları və sidik turşusundan olan bərkişmələri əritmək xüsusiyyətlərinə malikdir
Sual 2. Pomidor meyvələrini tam yetişmə fazasında uzaq məsafələrə göndərmək mümkündür.
Sual 3. Çiçəklərinə görə xiyar birevli, təkcinsli bitkidir. Yəni, bir bitki üzərində həm erkək, həm də dişi çiçəklər əmələ gəlir.
Sual 4. İstixana şəraitində badımcan bitkisinin normal böyüməsi və inkişafı üçün havanın optimal temperaturu gündüz günəşli havada 25-30 0C hesab olunur. Gecələr istixanada temperatur 13 0C-dən aşağı düşməməlidir.
Sual 5. Xiyar toxumları 1-2 0C temperaturda cücərməyə başlayır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Temperatur 15 0C-dən aşağı olduqda pomidorda çiçəkləmə zəifləyir.
Sual 7. ....................................... -Capsicum annuum L. badımcançiçəklilər və ya quşüzümü (Solanaceae Pers.) fəsiləsinə daxil olub, Capsicum Tourn. cinsinə aiddir.
Sual 8. Pomidor torpaq rütubətinə tələbkar bitkidir. Keyfiyyətli və yüksək məhsul götürmək üçün müxtəlif inkişaf dövrlərindən asılı olaraq pomidor altında orta hesabla torpağın optimal nəmliyi onun tarla ....................................... tutumunun 60-85 % səviyyəsində olmalıdır..
Sual 9. Hibrid toxumlar sort toxumlardan ....................................... işarəsi ilə fərqlənir.
Sual 10. Bibər bitkisi üçün ....................................... mühitinin optimal reaksiyası- pH 6-6,6 hesab olunur.