2.1. Toхumların keyfiyyət göstəriciləri və onlara qoyulan tələblər
Məlumdur ki, keyfiyyətli toxum bol məhsulun əsasıdır. Bu baxımdan digər sahələrdə olduğu kimi tərəvəzçilikdə də əkin materialı üçün ayrılmış toxumlara müəyyən tələblər qoyulur. Həmin tələblər aşağıdakılardan ibarətdir:
Toxumların səpin keyfiyyətləri dedikdə aşağıdakılar başa düşülür:
Yadda saxla: toxumun səpin keyfiyyətləri təyin edildikdən sonra səpiləcək toxum sərfiyyatını asanlıqla hesablamaq mümkün olur (bax: bənd 2.6.3).
2.2. Meyvəli tərəvəz bitkilərinin toxumlarının əsas morfoloji əlamətləri
Toxumların xarici əlamətləri onların sonrakı emal (təmizləmə, çeşidləmə, dərmanlama və s.) və səpin proseslərinə təsir göstərir. Məsələn, toxumun formasını, səthinin hamarlığını, tüklülüyünü və digər əlamətlərini bilməklə onların çeşidlənməsi, təmizlənməsi, dərmanlanması işlərində avadanlığın düzgün nizamlanması və dərman məsariflərinin dəqiq müəyyən edilməsi asanlaşır. Bundan başqa toxumun iriliyindən asılı olaraq onun səpin dərinliyi dəyişir. Məsələn, xiyar toxumu iri olduğu üçün bir qədər dərin, pomidor, badımcan və bibər toxumları xırda olduqları üçün bir qədər dayaz səpilməlidir. Deməli, qeyd olunan məsələlərə düzgün riayət etmək üçün toxumları tanımaq və onların morfoloji əlamətlərinə bələd olmaq lazımdır.
Toxumların morfoloji (xarici quruluş) əlamətlərinə aşağıdakılar daxildir: