a) toxumun bir-başa dipçəyə əkilməsi (ağ xətli dipçəklərdə çıxış yoxdur);
b) pikirovka üsulu ilə əkin.
2.6. Şitil istehsalı üçün istixananın təşkili və şitil istehsalı qaydaları
Şitil yetişdirilməsi üçün istixanada işlər aşağıdakı ardıcıllıqla həyata keçirildilməlidir:
2.6.1. İstixanada şitil yetişdirilməsi üçün tələb olunan mikroiqlim şəraiti
Şitil istehsalı üçün istixanada əlverişli şərait yaradılmalı və mikroiqlim nizamlanmalıdır.
Şitil yetişdirilməsi dövründə bitkilərin normal inkişafı üçün istixanada Cədvəl 2.3-də göstərilən mikroiqlim (işıqlanma, istilik, rütubət) şəraiti yaradılmalıdır.