2.6.3. Şitil üçün toxum sərfiyyatının və şitillik sahəsinin hesablanması
Toxumların səpin norması əsasən istixananın sahəsindən və bura köçürüləcək şitilləin sayından asılı olaraq hesablanır. Yəni, verilmiş istixana sahəsinin şitillə olan təlabatına əsasən toxum sərfiyyatı müəyyən edilir. Toxumların səpin sxeminə əsasən tələb olunan şitillik sahəsi hesablanır. Hesablamalar aşağıdakı ardıcıllıqla gedir:
a) Şitilə və toxuma olan təlabatın hesablanması. Əvvəlcə verilmiş istixana sahəsinin şitillə olan təlabatı hesablanır. Məsələn, istixananın 1 hektar faydalı sahəsi üzrə şitilə olan təlabatını hesablamaq üçün həmin sahə (10000 m2) bir bitkinin qida səhəsinə bölünür və hektarda olan bitki sıxlığı (sahədə bitkilərin sayı) tapılır. Bu rəqəm həmin sahədə əkiləcək şitillərin sayını ifadə edir. Bir bitkinin qida sahəsi isə onun əkin sxeminə uyğun olaraq, cərgəarası ilə bitkiarası məsafənin hasilinə bərabərdir. Məsələn, cərgəarası 70 sm və bitki arası məsafə 30 sm əkin sxemində 1 hektar sahə üçün tələb olunan pomidor şitili aşağıdakı kimi tapılır:
𝐍𝐛𝐢𝐭𝐤𝐢 = 𝐒
𝐚∗𝐛 + 𝟏𝟎𝟎𝟎𝟎𝐦𝟐
𝟎.𝟕∗𝟎.𝟑 = 𝟒𝟕𝟔𝟏𝟗 𝐛𝐢𝐭𝐤𝐢/𝐡𝐚
Düstur 2.1. Şitilə olan təlabatın hesablanması
Burada: S- sahə (m2); a – cərgəarası məsafə (sm); b – bitkiarası məsafə (sm)
Alınan rəqəm şitilin və ya səpiləcək toxumun sayını göstərir. Buradan aydın olur ki, 1 hektar sahəni şitillə təmin etmək üçün 47619 ədəd pomidor toxumu lazımdır. Xarab, xəstəliyə yoluxmuş və digər çıxdaş bitkiləri nəzərə alaraq hesablanan normanın üzərinə 5-10% əlavə olunur, toxum sərfiyyatı artırılır və aşağıdakı kimi hesablanır:
𝐍𝐭𝐨𝐱𝐮𝐦 = 𝐍𝐛𝐢𝐭𝐤𝐢 + 𝟏𝟎% ∗ 𝐍𝐛𝐢𝐭𝐤𝐢 = 𝟒𝟕𝟔𝟏𝟗 + 𝟏𝟎 ∗ 𝟒𝟕𝟔𝟏𝟗
𝟏𝟎𝟎 = 𝟓𝟐𝟑𝟖𝟏 ə𝐝ə𝐝/𝐡𝐚
Düstur 2.2. Toxum sərfiyyatının hesablanması
b) Toxumun təsərrüfat yararlılığına əsasən faktiki səpin normasının hesablanması. Bəzən, alınan rəqəm faktiki səpin normasını ifadə etmir. Çünki, toxumların təmizliyi və cücərmə qabiliyyətinin yaxşı vəziyyətdə olmaması səbəbindən zəif və seyrək çıxış alınır. Bu baxımdan toxumun təsərrüfat yararlılığını bilməklə, çıxdaş toxumların payını nəzərə almaq və səpin normasını artırmaq lazım gəlir. Bu zaman faktiki səpin norması dəqiq hesablanmış olur və düzgün səpin norması alınır. Toxumun təsərrüfat yararlılığını hesablamaq üçün onun təmizliyini (A) cücərmə qabiliyyətinə (B) vurub, 100-ə bölmək lazımdır.
Fərz edək ki, götürülmüş 50 qram pomidor toxumunda 5 qram zibil vardır və 100 ədəd toxumdan 95 ədədi cücərmişdir. Müvafiq hesablama aparsaq götürülmüş pomidor toxumunun təmizliyi 90% (𝑨 = (𝟓𝟎−𝟓) ∗ 𝟏𝟎𝟎%
𝟓𝟎 𝒒𝒓 = 𝟗𝟎%) və cücərmə qabiliyyəti 95% (𝐁 = 𝟗𝟓 ∙ 𝟏𝟎𝟎%
𝟏𝟎𝟎 = 𝟗𝟓%) təşkil etmiş olar.
Sonra alınmış rəqəmlərə əsasən pomidor toxumunun təsərrüfat yararlılığı hesablanır:
𝐓 = 𝐀 ∗ 𝐁
𝟏𝟎𝟎% = 𝟗𝟎% ∗ 𝟗𝟓%
𝟏𝟎𝟎% = 𝟖𝟓.𝟓%
Düstur 2.3. Toxumun təsərrüfat yararlılığının hesablanması