𝐒 = 𝟒𝟕𝟔𝟏𝟗
𝟑𝟔𝟎 =𝟏𝟑𝟐.𝟑 𝐦𝟐
Deməli, 1 hektar istixananın faydalı sahəsini (bitki altında olan) 70x30sm x1 bitki əkin sxemi üzrə 47619 ədəd pomidor şitili ilə təmin etmək üçün 61264 ədəd və ya 183,8 qram toxum və toxumları əkib şitil yetişdirmək üçün 132,3 m2 şitillik sahəsi tələb olunur.
2.6.4. Meyvəli tərəvəz bitkilərinin toxumlarının səpinə hazırlanması, toxumla yayılan xəstəliklər və onların qarşısının alınması yolları
Yüksək məhsuldarlığın başlıca şərtlərindən biri də toxumun səpinə düzgün hazırlanmasıdır. Toxumun səpinə düzgün hazırlanması zamanı aşağıdakılara riayət etmək lazımdır:
Qeyd olunan məsələlər tərəvəzçilikdə xüsusi əhəmiyyətə malikdir. Çünki, tərəvəz bitkilərinin xəstəliyə yoluxmasının əsas səbəblərindən biri də toxumdur. Toxumun səthində və daxilində bizim görə bilmədiyimiz bir çox xəstəlik törədiciləri (bakteriya, göbələk və virus) mövcud olur. Bu gün qabaqcıl təsərrüfatlar istisna olmaqla, əksər fermerlər tərəvəz toxumlarını özləri tuturlar. Məsələn, tərəvəzçiliklə məşğul olan fermerlər birinci il dərmanlanmış keyfiyyətli toxumlar alsa da, növbəti il, əgər bunlar hibrid toxumlar deyilsə, ondan 2-3 il ardıcıl olaraq toxum tuturlar. Təəssüflər olsun ki, fermerlərin əksəriyyəti həmin toxumları təkrar istifadə edərkən, onun səpinə hazırlanması və dərmanlanması işinə o qədər də ciddi riyaət etmirlər.
F.Ş. Ələkbərov (modulun müəllifi) artıq bir neçə ildir ki, tərəvəz toxumlarının (pomidor, xiyar, badımcan, bibər) biopreparatda saxlanılmasını təcrübədən keçirmiş və bunun şitilin inkişafına müsbət təsirini müşahidə etmişdir.
Həmin işlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir: