2.6.5. Toxum səpini üçün ləklərin və dipçəklərin hazırlanması
Şitillik sahəsi hesablandıqdan sonra toxum əkiləcək ləklər və ya dipçəklər hazır vəziyyətə gətirilir. Əgər şitil lək üsulu ilə yetişdirilərsə qruntun hazırlanması aşağıdakı kimi həyata keçirilir:
- Əvvəlcə şitillik sahəsinin torpağı alaq otlarından (herbsid çiləməklə) və əvvəlki bitki qalıqlarından təmizlənir, sonra 25 sm dərinlikdə şumlanır və dezinfeksiya olunur. Şumdan 20-25 gün sonra torpaqda olan xəstəlik və zərərvericilərin törədicilərinin məhv edilməsi üçün dezinfeksiya işləri aparılır (bax: şitillərin xəstəlik və zərərvericilərinə qarşı mübarizə). Bundan başqa istixananın şitillik hissəsində temperaturu 60-800C-dək yüksəltməklə və torpaq səthini selofanla örtüb isti buxar yaratmaqla zərərverən orqanizmləri məhv etmək olur;
-
Şitillik sahəsinə uyğun olaraq xüsusi ləklər düzəldilir. Adətən, şitil yetişdirilən istixanalarda eni 1,2-1,4 m, uzunluğu isə müxtəlif ölçüdə olan xüsusi ləklər düzəldilir. Belə ləklərin arasnda ensiz, keçid yollar qoyulur. İstixnada ləklərin bu şəkildə yerləşdirilməsi nəticəsində şitilliyin faydalı sahəsi (bitki altında olan) 65-70% təşkil edir. Lakin bir çox istixanalarda, torpaqdan səmərəli istifadə etmək və vahid sahədən şitil çıxımını yüksəltmək məqsədilə
Şəkil 2.10. Faydalı sahəsi çox olan şitilxana
sahə uzununa boyu tam yarıya bölünür, hər iki tərəfdə bərabər ləklər düzəldilir və yalnız mərkəzdən keçid yolu qoyulur. Belə iri ləklər blok tip li istixanalarda daha asan alınır. Belə ki, blok tipli istixanaların eni 4-6 m olan hər bir seksiyası yarıya bölünür, tam ortadan keçid yol qoyulur və iki bərabər, enli ləklər alınır (Şəkil 2.10). Nəticədə, şitillikdə 3-4 kiçik ləklər əvəzinə, iki böyük ləklər alınır. Belə olan halda
şitilliyin faydalı sahəsi (bitki altında olan) 80-85% təşkil edir və vahid sahədən şitil çıxımı kiçik ölçülü ləklər variantı ilə müqayisədə 25-30% yüksəlir;
- Ləklərin üst qatı qidalı torpaq qarışığından ibarət olmalıdır. Bunun üçün istixanada şitil yetişdirilən ləklərə 7-10 sm qalınlığında qidalı torpaq qarışığı verilir.
Əgər şitil qidalı dipçəklərdə yetişdirilərsə aşağıdakı hazırlıq işləri həyata keçirilir:
- Bitkidən, şitilin iriliyindən və yetişdirilmə müddətindən asılı olaraq müvafiq ölçülərə malik dipçəklər seçilir. Hazırda istehsal olunan dipçəklər (şitil qabları) kub və ya silindr formalı olur. Kub formalı dipçəklər 6x6x6 sm; 7x7x7 sm və 8x8x8 sm (1-ci rəqəm eni, 2-ci rəqəm uzunluğu, 3-cü rəqəm hündürlüyü ) ölçülərdə olur. Silindr formalı dipçəklərin isə hündürlüyü və diametri 6-7 sm olur;