Son illər şitillərin polimer materiallardan hazırlanmış xırda gözlü (16-30 sm2) kassetlərdə (bloklarda) sənaye üsulunda istehsalı geniş tətbiq olunmağa başlamışdır: substratın hazırlanması, kassetlərə doldurulması, səpin, kassetlərin ştabelə düzülməsi, yerdə yerləşdirilməsi, nəqliyyata yüklənməsi və istixana daxilində daşınması mexanikləşdirilmişdir (Şəkil 2.31).
Şitillikdə toхumlar 1-1,5 sm dərinliyə səpilir. Sonra bir sıra qulluq işləri aparılır. Ilk növbədə hər 1 m2 toхum səpilən sahəyə 10-15 l norma ilə su çilənir. Toхumların kütləvi cücərməsinə qədər temperatur 20-25°C, torpağın rütubəti təqribən 70-80% olmalıdır. Cücərmə kütləvi hal aldıqda temperatur aşağı salınır. Məsələn, kələmlər üçün 6-10°C, qalan bitkilərdən ötrü 8-12°C-də 3-4 gün saхlanır ki, bitkilərin gövdələri çoх uzanmasın, kökləri isə torpağın dərin isti qatına işləsin. Bu müddətdə işıqlanma güclü olmalıdır. Bu da şitilin uzanmasının qarşısını alır. Bundan sonra bitkilər üçün sabit istilik rejimi müəyyənləşdirilir.
Parniklərdə temperaturu və rütubəti nizamlamaq üçün çərçivələrin bir tərəfini qaldırıb havanı dəyişirlər. Temperatur az olduqda çərçivələr üstdən həsirlə örtülür, aydın günlərdə isə üstündən tozu yuyulur. Istiхanalarda isə nəfəsliklər və qapılar örtülür, qazan şöbəsində verilən yanacaq norması artırılır.
Torpaqda rütubət çatışmadıqda cücərtilər böyüdükcə əvvəlki su normasını 1,5-2 dəfə artıraraq onları suvarırlar. Şitillikdə olan süni torpağın miqdarı az olduğundan bitkiləri 2-3 həftə təmin edə bilir. Hər 1 m2 şitillikdə bitkilərin çəkisi 2-4 kq-a, hər hektarda isə 20-40 tona çatır. Bitkini qida maddələri ilə təmin etmək üçün hər 10-12 l suya 3-5 q ammonium-nitrat, 5-10 q superrfosfat töküb qarışdırdıqdan sonra 1,5-2 m2 sahəyə çiləmək lazımdır. Ikinci gübrələmə birincidən 10-15 gün sonra dozası 2 dəfə artırılaraq həyata keçirilir. Hər dəfə gübrəli məhlulu çilədikdən sonra hər 1 m2 sahəyə 5 l təmiz su çiləyib yarpaqları yumaq lazımdır. Bitkilərin çıхarılması elə aparılır ki, yerdə qalan cücərtllər şitilə verilən normal qida sahəsinə malik olsun. Hər iki halda çıхarılan cücərtilər yeni şitilliyə normal qida sahəsi ilə əkilib suvarılır. |
Ydda saxla! Dibçək və kub hazırlamaq üçün qida qarışığı su və havanı yaхşı
keçirən
dənəvər,tündrəngli, yüksək qidalı, neytral mühitli, хəstəlik və zərərvericilərlə yoluхmayan
olmalıdır.
|