Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Kənd təsərrüfatı bitkilərinin normal böyüyüb, yüksək məhsul verməsi üçün onlar lazım olan həyat amilləri ilə təmin edilməlidir. Bitkilərin həyat amillərinə, xüsusilə su və qida maddələrinə olan tələbi əsasən torpaqdan ödənilir. Əlverişli əkin qatı quruluşuna malik olan torpaqlarda nəmliyin toplanması və qorunub saxlanması, habelə qida maddələrinin səmərəli nisbətlərinin yaradılması mümkün olur. Əkin qatının quruluşunun yaxşılaşdırılması isə torpağın beçərilməsi ilə həyata keçirilir.
Torpağın beçərilməsi onun su, hava, istilik və qida rejimlərini istiqamətli dəyişməklə, istifadə edilən maşın və alətlərin işçi orqanlarının torpağa göstərdiyi mexaniki tə'sirdən ibarətdir.
Əziz şagirdlər! Siz bu təlim elementində yarpaqlı və kökümeyvəli tərəvəz əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri ilə, həmçinin tərəvəz bitkilərinə tətbiq edilən ümumi qulluq işlərilə tanış olacaqsınız.
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: