Bu bitkilər enli cərgəli bitkilərin cərgə arasında (kələm), habelə özləri bir-biri ilə sıxlaşdırılaraq becərilirlər. Məs, xiyar cərgə aralarında ispanaq və onun üstündən keşniş, şüyüd səpilir. Məhsul yığıldıqda 3 növə ayrılır. Təkrar əkinlərdə bu bitkiləri ya başqa bitkilərdən sonra və əvvəl, ya da səbzələrin özündən əvvəl və sonra səpirlər.
Yarpaq kahını açıq sahəyə lentvarı üsulda-52,5+12,5 sm, 58+12 sm, 50+20 sm, cərgəli üsulda 30x20-35sm və kvadrat üsulda 25x25 sm sxemləri üzrə səpib-əkirlər. Toxumu birbaşa sahəyə səpdikdə hektara 3-5 kq toxum sərf edilir.
Acıtərənin səpini açıq sahədə 50+20·4 sm, 58+12·6 sm və s. lentvarı sxemlərdə və ləklərdə dağınıq halda, 0,5-1,5 sm dərinlikdə aparıla bilər.
Reyhan bitkisinin hazır şitilləri 2-3 cərgəli lent üsulu ilə əkilir. Lent arası 50-60 sm, cərgə araları 20-40 sm, cərgədə bitki araları 20 sm qəbul edilir. Məs. (50+20):2x20 sm, (60+40): 2x20 sm.
Kələm bitkisinin əkin sxemi tez yetişən sortlarda 60 x 30 sm, 60 x 40 sm, gec yetişən sortlarda 70x50 sm, 70x60 sm, 70x70 sm-dir.
Çuğundur bitkisi 60x10 sm, 70x10 sm, 45x10 sm, (50+20):2x7 sm, turp və rus turpunu isə 70x10 sm, 60x10 sm sxemlərilə səpirlər. Bu halda seyrəltməyə az ehtiyac qalır və ilk yarpaq fazasında seyrəldib cərgədə bitki arasını 10-20 sm qoyulur.
Yerkökü bitkisində cərgə arası məsafə 20 sm, bitkilər arasındakı məsafə isə 3-4 sm olmalıdır. Toxum 2-3 sm dərinliyinə səpilir. Kökün bir hektara səpin norması 5-7 kq-dır.
Bitkilәrin sәpin vә әkin sхеmindәn asılı olaraq bir bitkinin qida saһәsi (Q) müхtәlif üsulla һеsablanır:
1. Cərgәvi və kvadrat üsulda:
𝐐=𝐂∗𝐁
Burada: Q-bir bitkinin qida saһәsi, m2; C-cərgə arası mәsafә, m-lə; B-cərgədә bitki ilә bitki arası məsafə, m-lə
3. Lеnt üsulunda:
L- lеntlәr arası mәsafә, m; C- lеntdә cərgə arası mәsafә, m; B- cərgədә bitki ilә bitki arası, m; n-lеntdә cərgəlәrin sayı. |
2. Kvadrat-yuva üsulunda:
Q = C ⋅ B
S-bir yuvada bitkilәrin sayı.
S |