Reyhan bitkisi vegetasiya ərzində 8-12 dəfə suvarılır, elə həmin sayda da yarpaqlı zoğları qoparılır və salatda istifadə edilir. Yaxşı qulluq etdikdə çürüntülü torpaqda hər gün 5-10 gündən bir zoğlar seçilib yığılır. Yığım gecikdikdə zoğların ucunda çiçək qrupu əmələ gəlir və yarpaq əmələ gəlməsi dayanır, məhsuldarlıq kəskin sürətdə aşağı düşür, zoğlar kobudlaşır.
Acıtərə və ispanaq bitkisində yığım seyrəltmədən başlayır və 3-4 yarpaqlı, 6-15 sm hündürlüyə malik bitkilər seçilib kökündən kəsilərək yığılır. Bu zaman yerdə qalan bitkilərin yeri genişlənir, daha tez böyüyür və iri bitkilər formalaşdırır. Kökündən kəsilərək yığılan bitkiləri 0,5-1 sm kök olmaqla kəsib dəstə bağlamaq daha əlverişlidir (Şəkil 3.22). Yarpaqlı-özəkli gövdələrini tez-tez suvarmaqla 2-3 dəfə biçmək də olar. Hektardan 30-50 min dəstə və ya 15-25 t məhsul verir. İldə 4 dəfə səpildikdə ümumi məhsuldarlıq 50-100 t/ha-ya çatır.
Kərəviz bitkisinin toxumu xırda və gec cücərən olduğu üçün 0,5-1 sm-dən dərin səpildikdə cücərti əmələ gəlmir. Ona görə də kərəviz toxumunun səpini üçün hazırlanan torpaq alaqsız, səthi düz, kəltənsiz olmalıdır. Cücərti əmələ gələnə kimi 2-3 dəfə və cücərmədən sonra tez-tez suvarılmalıdır. Bunları nəzərə alaraq torpaq diqqətlə malalanır, ütülənir, qumsal torpaqlarda yüngülcə şleyflənir (sığallanır və kipləşdirilir). İyun ayınında səpən zaman səpindən əvvəl alaqların məhv olması və sonrakı alaq çəkmələrin azalması üçün bir dəfə kultivasiya çəkilir. Kərəviz bitkisinin məhsul yığımı şitil əkinindən, və ya seyrəltmədən 30-40 gün sonra tədricən həyata keçırılır. Əvvəlki seyrəltmədə daһa iri kökü, yarpağı və saplağı olan bitkilər cərgələrdən qazılıb götürülür. Belə seyrəltməklə yığım bir neçə dəfə tətbiq edilir və yay uzunu məһsul alınır. Tam iriliyə çatmış və yetişmiş bitkilər axırda yığılır. Yarpaq məһsulu üçün eyni bitkinin məһsulunu bir neçə dəfə biçirlər.
Yay səpin və əkinlərində isə məhsul bir dəfə olmaqla payızın sonunda yığılır. Xüsusən kökmeyvə məhsulu verən bitkilər qazılır. Qazılmış bitkilərin yarpağı və uzun kökləri kəsilir, kökmeyvə məһsulu qışa saxlanır. Kərəviz һər һektardan 350-400 s. və daһa artıq məһsul verə bilir.
Yerkökü bitkisinə səpindən sonra əsas qulluq işləri 5-7 dəfə suvarma, 1-2 dəfə seyrəltmə, alaqlara qarşı mübarizə və torpağı 1-2 dəfə yumşaltmaqdan ibarətdir (Şəkil 3.23).