Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Dünya miqyasında yabanı və mədəni tərəvəz bitkilərinin 1200-dən çox növü vardır ki, bunlardan 500-ə qədər mədəniləşdirilmişdir. Bu qədər bitki növlərinin xalq təsərrüfatı əhəmiyyəti, bioloji xüsusiyyətləri, aqrotexnikası, morfoloji və təsərrüfat nişanələri çox müxtəlifdir. Məhz tərəvəz bitkilərinin öyrənilməsini asanlaşdırmaq üçün onlar bir sıra oxşar əlamətlərinə görə qruplaşdırılmışdır. Qruplaşma botaniki təsnifatda öz əksini tapmışdır. Təsnifata əsasən bütün yabanı və mədəni tərəvəz bitkiləri iki sinfə və 78 botaniki fəsiləyə daxil edilmişdir. Həmçinin tərəvəz bitkiləri bioloji-təsərrüfat xüsusiyyətlərinə görə qruplaşdırılmışdır. Qruplaşmada tərəvəz bitkilərinin ömürlərinin uzunluğu və inkişaf xarakteri də öz əksini tapmışdır. Əsasən xarici şəraitdən asılı olan bu qruplaşma nisbi xarakter daşıyır. Belə ki, birillik və ikiillik bitkilərin bir çoxu əlverişli istilik, rutubət şəraitində, və qazılıb məhv edilməsə çoxillik olmaq qabiliyyətinə malikdirlər. Və yaxud da əksinə. Bizim ölkənin iqlim şəraitində çoxilliklər məcburi surətdə məhsul əldə etmək üçün birilliyə çevrilir.
Əziz şagirdlər! Siz bu bölmədə təsərrüfat nişanələrinə (yeyilən orqanlarına) görə qruplaşdırılan yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin əsas bioloji xüsusiyyətləri, morfoloji və təsərrüfat nişanələri, sistematik tərkibi (botaniki təsnifatı) ilə tanış olacaqsınız.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz:
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: