Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz şagirdlər! Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi onların düzgün suvarılmasından və normal qidalanmasından çox asılıdır. Suvarmanın əsas məqsədi isə torpaqda əkiləcək bitki üçün əlverişli şərait yaradılması və torpağın münbitliyinin qorunub saxlanmasıdır. Bunun üçün əkin sahələrində suvarma üsulları və normalarını bitkilərin növünə görə seçmək, su itkilərini törədən səbəbləri müəyyən etmək əsas şərtdir. Belə ki, suvarmanı düzgün təşkil etdikdə suvarma suyunun səmərəli istifadə olunmasına şərait yaranır, torpağın münbitliyi artir, əkinə yararlı sahələr çoxalır və nəticədə yüksək məhsulun əldə edilməsi mümkün olur. Bu da təsərrüfatın gələcək inkişafının əsası deməkdir.
Suvarma ilə yanaşı bitkilərin normal böyüyüb, yüksək məhsul verməsi üçün gübrələrin rolu böyükdür. Gübrələr torpağın münbitliyinin artırılmasında xüsusi əhəmiyyətə malikdir.
Əziz şagirdlər! Siz bu təlim elementində yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin suvarma vaxtını təyin edəcək, gübrə normalarının hesablanmasını öyrənəcək, bitkilərdə müxtəlif qida maddələrinə olan ehtiyacını müəyyən edə biləcəksiniz.
Bu təlim elementini öyrəndikdən sonra Siz aşağıdakı biliklərə yiyələnəcəksiniz: