Mineral gübrələrin üstünlükləri və çatışmazlıqları. Mineral gübrələr bitkilər üçün asan əldə
olunan
formada böyük miqdarda qida maddələri olub, məhsuldarlığı olduqca çox artıra bilir. Bu fakt azotlu
gübrələrin istıfadə edilməsi zərurətini yaradlr. Lakin onların da öz məhdudiyyətləri mövcuddur. Belə ki,
tətbiq edilən azotlu gübrələrin təxminən yarısı yerüstü su axını, qələviləşmə və buxarlanma vasitəsilə
itirilir. Əlverişsiz şərait (güclü yağış, uzunmüddətli quraqlıq dövrü, torpağın eroziya olunması, yaxı
üzvi maddələrin aşağı səviyyədə olması) zamanı azot gübrəsinin səmərəliliyi daha da aşağı olur. Yerüstü
su axınları və qələviləşmə nəticəsində yeraltı və içməli su çirklənə bilər. Həmçinin, mineral gübrələrin
şübhə doğuran iqtisadi və ekoloji nüfuzu da bitkilərin sağlamlığına mənfi təsir göstərə bilər.
Gübrələmə və bitkinin sağlamlığı bir-biri ilə sıx əlaqəlidir. Mineral gübrələr torpağa və bitkinin
sağlamlığına aşağıdakı mənfi təsirləri göstərir:
- Azotun artıqlığı nəticəsində bitki xəstəlik və zərərvericilərə qarşı daha həssas olur.
- Mineral gübrələr torpaqdakı faydalı kök göbələyinin (mikoriza) aktivliyinə mənfi təsir göstərir.
- Azotlu gübrələrin yüksək dizalarla tətbiqi azotun rhizobia (rizobia) ilə simbiotik fəaliyyətini
dayandırır.
- Yalnız NPK (azot, fosfor, kalium) gübrələrdən istifadə edilməsi mikroelementlətin torpaqda
tükənməsilə nəticələnir.
- Torpaqda üzvi maddələrin tükənməsi, torpağın strukturunun deqradasiyasına (pozulmasına) və quraqlığa
daha yüksək həssaslığı ilə nəticələnir.
Üzvi gübrələrin verilməsi torpağı üzvi maddələrlə zənginləşdirir və aşağdakı müsbət nəticəyə nail
olunur:
- Torpağın bioloji fəallığı yüksəlir, üzvi və kimyəvi mənşəli qida maddələrinin mənimsənilməsi,
həmçinin zəhərli maddələrin dağılması prosesi güclənir;
- Mikoriza göbələyinin fəaliyyəti güclənir, fosforun mənimsənilməsi yaxşılaşır;
- Torpağa daxil edilən kompost xəstəlik törədən mikroorqanizmləri məhv edir;
- Torpaq strukturunun yaxşılaşması nəticəsində kök sisteminin inkişafını gücləndirir;
- Humus qida maddələrinin mübadilə tutumunu artırır və torpağın turşulaşmasına yol vermir.
Bitki qidalanmasında İFOAM-ın əsas standartları (Təbii-üzvi Kənd Təssərrüfatı Hərəkatının Beynəlxalq
Federasiyası):
- Bitki qaidalanmasında mikroorqanizmlər tərəfindən parçalanan materialdan istifadə edilməlidir.
- Tərkibində insan nəcisi olan heç bir gübrə (əgər qabaqcadan sanitar işləmədən keçməmişdirsə) insan
istehlakı üçün olan tərəvəz gübrəsi kimi istifadə edilə bilməz.
- Mineral gübrələrdən yalnız əlavə kimi istifadə edilməlidir.
- Azot tərkibli heç bir mineral gübrə istifadə edilə bilməz.
- Digər mineral gübrələrdən məhdud istifadə edilməlidir.