- Kərəvizkimilər fəsiləsi, (Apiaceae Lindl.) - yerkökü, cəfəri, kərəviz, şüyüd, keşniş, razyana, təpə
keşnişi (bifora);
- Tərəkimilər fəsiləsi (Chenopodiaceae Vent.) - xörək çuğunduru, yarpaq çuğundur (manqold), ispanaq;
- Astrakimilər fəsiləsi (Astoraceae Dumort.) - yarpaq kahı, baş kahı, romen kahı, endivi kahısı,
kasnı, əiginar, tərxun;
- Qarabaşaqkimilər (Yolotular) fəsiləsi (Polyqonaceae Juss.) - turş quzuqulağı, uzunyarpaq quzuqulaqı
(ev əvəliyi);
- Dalamazkimilər fəsiləsi (Lamiaceae Lİndl.) - reyhan, mərzə, nanə;
Ömrunün uzunluğuna və inkişaf
xarakterinə görə qruplaşdırma.
Birillik bitkilər - ispanaq, kahı, acıtərə, turpca, Çin yarpaq kələmi, şüyüd, keşniş, mərzə, reyhan və
s.
Birillik o bitkilərə deyilir ki, bir təbii vegetasiya ilində (yazdan payıza qədər) tərəvəz və yetişmiş
toxum verir və məhv olur. Həmin bitkilərin yeni nəsli gələn vegetasiya ilində toxumdan əmələ gəlir
(Şəkil 1.7). Deməli, bitki qışı yaşlı bitki halında yox, toxum halında keçə bilir (terofit olur).
Şəkil 1.7. Birillik tərəvəz bitkiləri
1-Pekin kələmi, 2-Çin yarpaq kələm, 3-turpca, 4-ispanaq, 5-şüyüd, 6-keşniş, 7-reyhan, 8-acıtərə.