Unlu şeh (Erysirhe communis). Kələm və fəsiləyə daxil olan bitkilərin ən geniş yayılmış xəstəliklərindəndir. Yarpaq və saplaqda (adətən üst tərəfdə) ağ örtük əmələ gəlir (Şəkil 5.13). Bir müddət sonra örtük kipləşir və onların üzərində qonurtəhər nöqtələr formalaşır. Nəticədə örtük çirkli boz, yoluxmuş yarpaqlar isə kövrəlir və məhv olur. Rütubətli və quru havanın növbələşməsi xəstəliyin normal inkişafını təmin edir.
Mübarizə tədbirləri
Alternarioz (Alternaria brassicae). Xəstəlik toxumların yetişməsi və toplanması zamanı hava şəraiti rütubətli keçdikdə güclü inkişaf edir. Belə toxumlar cücərmə qabiliyyətlərini itirirlər. Bitkinin yarpaqlarının alt tərəfinində tünd iri dairəvi zolaqlı ləkələr əmələ gəlir. İnfeksiya mənbəyi bitki qalıqları və toxumlardır (Şəkil 5.14).