Tərəvəzin yetişməsi zamanı onların tərkibində biokimyəvi proseslər gedir. Bu proseslər nəticəsində kimyəvi tərkibi və fiziki xassələri dəyişir, botaniki sorta uyğun forma, ölçü, rəng, dad və ətir kəsb edir. Yetişmə zamanı tərəvəzin kütləsi artır, ölçüsü böyüyür. Tərəvəzin yetişməsi zamanı kimyəvi tərkibində gedən dəyişikliklərin öyrənilməsi, məhsulun yığımının, saxlanılması və eləcə də emalının optimal müddətinin düzgün müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Bu baxımdan yığım dövrünün düzgün təyin edilməsi xüsusilə vacibdir. Yığım dövrü müəyyənləşdirilərkən yığımdan sonra məhsulun yetişə bilmə qabiliyyəti nəzərə alınmalıdır.
Tərəvəzçilikdə 4 yığım dövrü vardır. Bunlar ayrı-ayrı bitkilərin məhsulunun yetişmə dövrü ilə bağlı olduğundan yetişmə dövrləri də adlanır. Yığım (yetişmə) dövrləri aşağıdakılardır:
Yarpaqlı və kökümeyvəli tərəvəz məhsulunun yığımı adətən istehlak üçün və adi yığım dövründə həyata keçirilir. Yarpaqlı tərəvəz bitkilərinin (xüsusilə səbzə tərəvəz bitkiləri) texniki yığım dövrü dedikdə bitkinin toxumladığı dövr başa düşülür və konserv sənayesində geniş istifadə edilir. Bu zaman kələm bitkisinin növləri istisnalıq təşkil edir.