Hər bir iş adamı müəyyən etməlidir ki, o öz məhsulunu hansı bazara satacaq? Onun alıcıları kimlər olacaq? Onun istehsal etdiyi məhsulları alıcılar necə (tez və ya gec) alırlar? Alıcıların gəliri və ehtiyacları nədən ibarətdir?
Beləliklə, hər bir fermer daimi müştəriləri barədə ətraflı məlumat toplamaqla bazarın həcmini müəyyən edir və gələcəkdə məhsul istehsalını ona uyğunlaşdırır. Həmçinin satış kanallarını, yəni məhsulunun hansı ticarət şəbəkəsi (yəni, bazar, mağaza və ya super-market) vasitəsilə, kim tərəfindən (özün, agent və ya iş adamı) harada satılacağı barədə qərar qəbul edilməlidir.
Məhsul satışını iki üsulla fərqləndirmək lazımdır. Bu üsullar sifariş üsulu və azad bazar üsuludur.
Sifariş üsulunda əvvəlcədən bağlanmış sazişlər əsasında məhsul istehsal olunur.
Azad bazar üsulunda təsərrüfat əvvəlcədən məlum olmayan “azad bazar” üçün məhsul buraxır.