Botaniki təsviri və sort seçmə meyyarları. Çuğundur bir və ikiillik ot bitkisi olub, yoğun, şaxəli
müxtəlif rəngli ağ rəngdən başlayaraq tünd - qırmızı rəngə qədər, acza şırımlı kökümeyvələrə malikdir. Xörək çuğundurunun forması yastı, yastı-girdə, girdə və konusvari olur. Kökmeyvənin lətli hissəsi, adətən al qırmızı, həlqəsiz, qırmızı və ya seçilən ,hətta ağ və açıq rəngdə həlqələrə malik olur. Kökümeyvəsində həlqəviliyi bilinməyən sortlar daha keyfiyyətli sayılır. Yumru və yastı kökümeyvəli sortlarda kökmeyvəsinin diametri 5-14 sm, uzunsov formalılarda isə 4-10 sm müəyyən edilmişdir. (Şəkil 1.66).
Yarpaqları şirəli, uzun saplaqlı, kənarı bütöv, yumurtavarıdır. Hamaş çiçəkləri ləçəklidir, kasacığı solğun-yaşıl rəngdədir. Meyvəsi kürəvarı olub, üstən yastıdır, sərtdir, toxumları qara - qonur rəngdədir (Şəkil 1.67).
Vegetasiya müddəti tez yetişən sortlarda 100 günə qədər, orta yetişənlərdə 100-130 gün, gec yetişənlərdə isə 130 gündən çoxdur.