Botaniki təsviri və sort seçmə meyyarları. Mil kök sisteminə malik olmaqla,
lətli kökümeyvə
əmələ gətirən forması da var. Kökümeyvənin forması konusşəkilli və uzun konusşəkilli, rəngi
sarı-ağ, boz-ağ və açıq qəhvəyidir. Yarpaq qrupunun hündürlüyü 20sm-dək (qısa), 21-50 sm (orta)
və 51-70 sm (uzun); kökümeyvənin uzunluğu isə 12sm- dək, 13-19 sm və 20 sm-dən cox olur.
Kökmeyvənin çəkisi 100 (çox) qrama qədər və daha artıq olur.
Çiçəkləri mürəkkəb çətir qrupuna malik olmaqla, xırda və sarı, açıq sarı rənglidir (Şəkil 1.70). Bioloji xüsusiyyətləri. Cəfəri soyuğadavamlı və uzun gün bitkisidir. -7-9°C-yə dözür. Amma digər kökümeyvəlilərə nisbətən istiyə tələbkardır. Vegetasiya müddəti birinci vegetasiya ilində ərazidən asılı olaraq 90-100 gündən 140-150 günə qədər, ikinci vegetasiya ilində isə 80-130 gündür. Sort və hibridləri. Köküyeyilən sortlardan daha çox yayılanı Saxariaya və Urojaynaya sortlarıdır. Bu sortların һamısının yarpaqları da (üçqat lələkvarı şaxələnir) tərəvəz kimi istifadə edilə bilir. Təkcə yarpaq məhsulu verən sortlardan Obıknovennaya listovaya sortu yayılmışdır. Belə sortların yarpaq qrupunda 100-ə qədər yarpaq ola bilir. |
Qiqant İtaliya - sığallı yarpaqları olan yüksək məhsuldar və tez böyüyən cəfəri sortudur. Yarpaqları iri, orta yarıqlı və tünd yaşıldır. Güclü xoş ətrə malikdir. (Şəkil 1.71).
Arqon - İtalya Nəhəngi tipindən olan sığallı yarpaqlı yeni cəfəri sortudur. Yarpaqların rozetkası şaquli boy atır. Sıx, iri, tünd yaşıl yarpaqları var. Uzun müddət əmtəəlik görünüşünü saxlayır. Yalançı unlu şeh xəstəliyinə çox davamlıdır.
Commun 2 – Yarpaqları orta ölçülü, sığallı, tünd yaşıl və ətirli cəfəri sortudur.
Moss Curled 2 - Qıvrım yarpaq cəfəri sortudur. Dərin yarılmış, şaquli bitən, yığcam yarpaqları var.
Xenon - Qıvrım yarpaq cəfərinin yeni sortudur. Qısa buğumaraları olan şaquli bitən bitkidir. Əmtəəlik görünüşünü uzun müddət saxlayır.