4. Tərəvəzin orqanlarının botaniki təsviri |
- Öyrəndiyiniz tərəvəzi vegetativ (kök, gövdə, yarpaq) və generativ orqanlara (çiçək,
meyvə, toxum) ayırın.
- Vegetativ və generativ orqanların ayrı-ayrılıqda formalarını (mövcud standartlara
əsasən) müəyyən edərək təsvir edin.
- Orqanların ölçüsünü təyin edin və bu zaman millimetrlik ölçüləri olan kağız və ya
xətkeşdən istifadə edin.
- Ölçünü müəyyən etdikdən sonra, tərəvəzi ölçüsünə görə (kiçik, orta, iri) qruplaşdırın.
- Öyrəndiyiniz tərəvəzin çəkisini elektron tərəzidən istifadə edərək müəyyən edin.
- Çəkiyə görə qruplaşmadan istifadə edərək, öyrəndiyiniz tərəvəzin hansı qrupa aid
olduğunu müəyyən edin.
|