Yarpaqlı və kökümeyvəli tərəvəz bitkiləri bioloji xüsusiyyətlərindən asılı olaraq vegetativ hissələrlə - soğanaq, kökümsov gövdə, kök pöhrəsi, kolların bölünməsi, basma və çilik çoxaldırlar.
Yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin vegetativ üsulla artırılmasında istifadə olunan əkin materialları aşağdakı kimi qruplaşdırılır:
Bütün qeyd edilənlərə baхmayaraq təsərrüfatda əksər tərəvəz bitkilərini generativ, tərxun, nanə, əvəlik kimi bitkiləri isə vegetativ üsulla artırmaq qəbul edilmişdir.
Basma. Ana bitkidən ayrılmadan kökləndirilən bitkiyə basma deyilir. Basdma həmçinin, ana bitkinin zoğunu bitkidən ayırmadan kök əməl gətirmək üçün torpaqla ünsiyyətə gətirilərək kökləndirilməsidir (Şəkil 2.1).