Toxumun ölçüsünü təyin etmək üçün millimetrlik ölçüləri olan kağız və ya xətkeşdən istifadə edərək 5...10 ədəd toxumun en və uzunluğunu ölçülür və orta hesabla toxumun ölçüsünü tapılır (Şəkil 2.12).
Yarpaqlı və kökümeyvəli tərəvəz bitkilərinin toxumlarını iriliyinə görə (1 qramda olan toxumun sayı) aşağdakı qruplara bölmək olar:
Toxumun kütləsi. Ölçüsündən və həcmindən başqa, toxumun iriliyi onun kütləsi ilə də ifadə oluna bilər. Belə ki, kütlə ölçülərlə sıx əlaqəlidir. Toxumların iriliyi, yəni 1 qramda toxumun sayını müəyyən etmək üçün hər növ bitkinin, yaxud cədvəldə göstərilən hər qrupdan bir növün toxumundan 1 q çəkib sayılır. Toxumun iriliyi, xüsusi çəkisi sabit deyil. Onlar ana bitkidə toxumun harada yerləşməsindən və becərildiyi şəraitdən (iqlim şəraiti və aqrotexnikadan) asılı olaraq kəskin surətdə dəyişir. Toxumun iriliyi rüşeymin inkişafinda böyük rol oynayan qida maddələri ehtiyatının miqdarını göstərir. Tərəvəz toxumları həcmi görünüşünə görə yaştı, düzgün olmayan kələ-kötür (ispanaq, qulançar, çuğundur), kürəvi (kişniş, şəlğəm, kələmlər, turplar), yastı –şişkin (yerkökü, cəfəri, kərəviz, razyana), lövhəvari (şüyüd), üçüzlü (quzuqulagı, kəvər) ola bilər.
Yarpaqlı və kökümeyvəli tərəvəz toxumları ümumi görünüşünə görə (formasına) kənarı girintili-çıxıntılı (ispanaq, çuğundur), yastı-oval (şüyüd, havuc), kürəvi (kələmlər, rus turpu, turpca), oval-yumurtavari (yerkökü, cəfəri kərəviz), dartılmış iyvari (kahı), künclü-bucaqlı (kərəviz, quzuqulağı) və s. ola bilər.
Tərəvəz bitkilərində toxumların səthi, qırışıqlı (kəvər), çökəkli (çuğundur), zolaq tipli, qabırğalı (kahı, yerkökü, cəfəri, şüyüd, kərəviz), nahamar (ispanaq) və s. ola bilər.
Tərəvəz bitkilərinin toxumlarının rəngi olduqca müxtəlifdir. Boz (ispanaq, kahı, yerkökü, cəfəri, şüyüd, çuğundur), qırmızı-qonur (kələm, turp, turpca, rus turpu), qonur şabalıdı (kahı, quzuqulağı, kərəviz), qara (soğan, kəvər,), bozumtul-qırmızı (ağ turp, turpca), kərpici-qırmızı və s. olur (Şəkil 2.13).