1.2. Bədən quruluşunun proporsiyalarını müəyyən edir.
► Konstruktiv qurşaqlar
İnsan fiquru gözəllik qanunlarına uyğun olaraq formalaşır. 0, "qızıl kəsik" prinsipinə uyğun harmonik proporsiyalara malikdir. İnsan bədəninin ox üzrə şərti bölünməsi qurşaqlar deyilən hissələr üzrə baş verir.
Modelləşdirmədə konstruktiv qurşaqlar deyilən dairəvi xətlər və onların səviyyəsindən xəyalən keçirilən xətlərin üfüqi proyeksiyaları başa düşülür.
-Çiyin -Boyun -Döş -Bel -Omba -Diz -Baldır -Topuq -Pəncə Konstruktiv qurşaqlar bədənin hissələrinə çiyin, döş, boyun, bel və s. uyğun adlanır (Şəkil 1.4). Konstruktiv qursaqların xətləri insanın dayaq-hərəkət sisteminin ən mühüm nöqtələrindən, yəni skelet və əzələlərindən keçir. Gövdə ilə boyunun oynaqları və yeddinci boyun fəqərəsi nöqtəsi, çiynin çıxıntı nöqtələri, kürəyin |
Şəkil 1.4. Siluet eskizinin qurulması
|
Əgər bu nöqtələrdən üfüqi xətlər keçirsək, onların köməyilə köməkçi konstruktiv tor əmələ gələr ki, bunun köməyilə insan fiqurunun qurulmasını, həm də geyimin formasının yaranmasını, kostyum kompozisiyasının axtarışını yüngülləşdirər.
Konstruktiv qurşaqları başın quruluşunda da aşkar etmək olar - onları saçların və alnın hüdudunda, alnın ortası, qaşların, gözlərin səviyyəsində, almacıq sümüyünün çıxıntısı, burun pərəkləri, dodaqlar, çənə ilə çəkilən dairəvi üfüqlərlə müəyyən etmək mümkündür. Bu konstruktiv qurşaqları baş geyimlərini modelləşdirərkən hökmən nəzərə almaq lazımdır.