2.3. Modeldəki müxtəlif konstruktiv dekorativ xətləri təsvir edir.
► Eskizləndirmədə qrafik vasitələr və üsullar
Eskizləndirmə - dizaynerin geyimin bədii layihələndirilməsinin qrafik mərhələsidir, bu iş ondan kifayət dərəcədə səviyyəli təsviretmə bacarığı tələb edir. Dizayner kostyumun eskizlərinin təsvir zamanı ifadəliliyin müxtəlif vasitələrindən və üsullarından istifadə edir.
Bu vasitələrin sayı olduqca çoxdur. Eskiz qrafikasının yerinə yetirildiyi texnikanın seçimi eskizin, əsasən, təyinatından və kostyumun, yaxud kolleksiyanın xarakterindən asılıdır. Ona görə də eskizləndirmə praktikasında daha tez-tez istifadə olunan ən mühüm ifadə vasitələri ilə tanış olacağıq (Şəkil 2.15).
► Xətt və ləkə. Qrafik fakturalar haqqında anlayış
Kostyum eskizinin yaradılması üsulları və vasitələri nə qədər rəngarəng olsa da, başlıca bədii vasitə xətdir. Yaxşı rəssam çəkən xətt güclü emosional təsir vasitəsinə çevrilir. Canlı, ifadəli, ekspressiv xətt nəinki kostyumun formasına diqqəti cəlb edir, həmçinin layihələndirilən modelin obrazlı fikrinin daha dolğun açılmasında dizaynerə kömək edir (Şəkil 2.16).
Xətti nöqtənin müstəvidə hərəkətinin izi kimi müəyyənləşdirmək olar. Xətlər müxtəlif xarakterə malikdir: düz, əyri, ziqzaqvarı, yaxud sınıq xətlər mövcuddur. Öz növbəsində əyri xətlər daimi radiuslu əyrilik əyrisinə bölünür - bunlara dairələr və qövs, dəyişən əyrilik