Modelin eskizinin hazırlanması
Tələbələr üçün fəaliyyətlər
- 3 qrupa bölünün. Müəllim simmetriyanın üç növünü qruplar arasında bölüşdürür. Həmin növ
simmetrik kompozisiyanı layihələndirin. Tamamlanmış eskizləri lövhədə asaraq müzakirələr aparın.
- Qrupdakı tələbələrin hər biri müxtəlif mürəkkəb formalı asimmetrik geyim eskizini qursun və
ştrixləsin. Tamamlanmış eskizləri auditoriyada lövhədən asaraq təhlil edin.
- İki qrupa bölünün. Hər bir qrup ayrılıqda müxtəlif qrafik geyim eskizləri haqqında təqdimat
hazırlasın. Dərsdə təqdimatları nümayiş etdirin və müzakirə edin.
- Dörd qrupa bölünün. Hər bir qrup ayrılıqda müxtəlif teatrlara baxaraq aktrisanın geyiminin
eskizini layihələndirsin. Tamamlanmış teatr geyim eskizlərini sinifdə nümayiş edin və müzakirə
edin.
- Fərqli hava yollarının peşə geyimlərinin eskizinin layihəsini hazırlayın. Müəllim tərəfindən
verilmiş vaxt ərzində təqdim edilmiş müxtəlif hava yollarının adlarından istifadə edərək peşə
geyim eskizlərini layihələndirin. Hazırlanmış layihəni auditoriyaya təqdim edin və təhlil edin.
- Müxtəlif qruplara bölünün. Müəllim tərəfindən müəyyən edilmiş vaxt ərzində ardıcıl olaraq
bölünmüş qruplarda müxtəlif asimmetrik kostyum eskizlərini layihələndirin. Tamamlanmış
layihələri dərsdə müzakirə edin.