3.2. Rəng çalarını eskizdə düzgün təsvir edir.
► Rəngli eskizlərin yerinə yetirilməsi üçün materiallar
Kostyumun bədii layihələndirilməsində ənənəvi eskiz texnikalarında akvarel, quaş, az hallarda tempera işlədilir. Bunların köməkliyi ilə rəngli eskizlər yaradılır. Bu texnikalardan hər biri təsvir olunan kostyumun materiallarının fakturalarının verilməsinin öz xəyalı effektini təmin edir. Belə ki, imitasiya edir, quru firça ilə iş sərt xəz hissini oyadır və s.
Eskizi işləyərkən rəssam bunu hökmən nəzərə almalıdır. Eskizin işlənməsinin müxtəlif üslublarının əlaqələndirilməsi (nisbəti) kostyumun (ideyasını) artıq hazırlanmasının ilkin mərhələsində hərtərəfli və daha dolğun açılmasına kömək edir. Akvarel - latın sözündən "aqua" olub "su" bildirir. Bu, bitki yapışqanı əsasında alınır, suda qarışdırılır. Onun əsas keyfiyyətləri - şəffaflıq, rəngin təmizliyidir ki, ondan da kağızın tonu və fakturası sızır. Akvarel rəsmlər özündə həm təsviri sənət əlamətlərini - tonun zənginliyi, tonların keçidinin yumşaqlığı, həm də qrafikanın əlamətlərini birləşdirir. Təsvirin qurulmasında kağız fəal iştirak edir (Şəkil 3.6). Akvarelin spesifik iş üsulları var - yuyulma və rəngin birindən digərinə axması təsvirdə mütəhərriklik, çəkisizlik və yüngüllük effekti |