Modelin eskizinin hazırlanması
Tələbələr üçün fəaliyyətlər
- Rəng dairəsindəki kontrast rənglərdən istifadə edərək geyim eskizini layihələndirin. Tamamlanmış
eskizləri auditoriyada müzakirə edin.
- Dörd qrupa bölünün. Hər qrupa ardıcıl olaraq dörd rəngin harmonik uzlaşmasının qrupları olan
birtonlu harmoniya, qohum rənglər harmoniyası, qohum-kontrast rənglər harmoniyası, kontrast
rənglərin harmoniyası təqdim edilir. Müəllim tərəfindən verilmiş vaxt ərzində təqdim edilmiş
rənglərdən istifadə edərək geyim eskizini layihələndirin.
- Hərəkətli rənglərdən istifadə edərək qrafik geyim eskizini qurun. Geyim eskizini ştrixləyin,
rəngləyin və tamamlayın. Malbertlərə qoyaraq auditoriyada müzakirə edin.
- Podyumlarda təqdim olunan geyimlərin eskizini akvarel (sulu boya) ilə layihələndirin və təqdimat
hazırlayın. Təqdimatı dərsdə nümayiş etdirin və müzakirə edin.
- Məşhur geyim brendlərinin yeni kolleksiyalarının eskizini layihələndirin. Geyim eskiz layihəsini
quaş və sulu boya ilə rəngləyin, tamamlayın. Tamamlanmış layihələri auditoriyaya təqdim edin və
müzakirə edin.
- Üç A3 formatında vərəqdə monotipiya texnikasıyla geyim eskizini layihələndirin. Tamamlanmış
işləri vinillə örtülmüş planşet üzərinə yapışdırın. Planşetdə hazırlanmış layihəni auditoriyada
təqdim edin və müzakirə edin.
- Dörd qrupa bölünün. Hər bir qrup eklektika texnikasıyla işlənmiş geyim eskizlərindən təqdimat
hazırlasın. Təqdimatları dərsdə nümayiş etdirin və təhlil edin.
- Beş A4 formatında vərəqdə yaradıcı for-eskiz geyim eskizlərini layihələndirin. Tamamlanmış
eskizləri vinillə örtülmüş planşetə yapışdırın və təqdimat hazırlayın. Layihəni dərsdə
auditoriya qarşısında təqdim edin və müzakirələr aparın.