Qruplara bölünün. Müəllimin verdiyi donun əsas ülgüsü üzərində müasir modaya uyğun donu
modelləşdirin və eskizini çəkin. Hər bir qrupun hazırladığı modelləşdirməni və eskizi lövhədən asın
və müzakirələr aparın.
Problem - geyimin konstruktiv modelləşdirilməsi müəllim tərəfindən elan edilir. Müəllim lövhədə 3
sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: Bilirəm/İstəyirəm Bilim/Öyrəndim.
Tələbələr problemlə bağlı bildiklərini söyləyir və cavablar I sütunda qeyd olunur. Həmin məsələ ilə
bağlı bilmək istədikləri isə II sütuna yazılır. III-də isə mövzu ilə bağlı öyrəndikləri qeyd edilir.
Keçən əsrin 80-90-cı illərin geyimi ilə müasir dövrümüzdəki geyimlərin konstruktiv modelləşməsinin
müqayisəsini araşdırın və əldə etdiyiniz nəticələri tələbələrlə müzakirə edin.
Geyimin konstruksiyasını modelləşdirmək üçün hansı bilik və bacarıqları bilməli olduğunuzu qeyd
edin.
Qruplara bölünün. Müəllimin verdiyi eskizə əsasən geyimin konstruksiya modelləşməsini qurun. Hər bir
qrupun hazırladığı çertyoju lövhədən asın və müzakirələr aparın.
Tələbələr 3 qrupa bölünür. "Lif hissədə çiyin qarsağının şablon üsulu ilə müxtəlif istiqamətlərə
köçürülməsi" mövzusunda tələbələrə tapşırıq verilir. Hər bir qrup əlavə mənbələrdən istifadə edərək,
bir qrup döş qarsağı, digər qrup bel qarsağı, üçüncü qrup isə relyef kəsiklərinin qarsağın
köçürülməsi yolu ilə alınmasını çertyoj şəklində qurur və təqdimat hazırlayır. Dərsdə təqdimatlar
dinlənildikdən sonra qruplar bir-birinin işlərinə öz rəylərini bildirirlər.
Tələbələrə eskizlər təqdim olunur və onların üzərində fason və köməkçi xətlərin göstərilməsi
tapşırığı verilir. Sonda fərqlənən tələbələr qiymətləndirilir.
"İri naxışlı və damalı parçada hansı ətək modelləri daha gözəl görünər?" mövzusu ətrafında
tələbələrlə diskussiya aparmaq və hər bir qrupa müstəqil model seçmək və seçilmiş modelin ülgüsünün
hazırlanması tapşırılır. Müəyyən vaxtdan sonra tapşırığın nəticəsi yoxlanılır, tələbələr ülgüləri
müzakirə edir və nöqsanları araşdırıb ümumi nəticəyə gəlirlər.
Tələbələrə eskizlər təqdim olunur və onların üzərində olan konstruktiv - dekorativ kəsiklərin
göstərilməsi və modelləşdirilməsi tapşırığı verilir. Sonda fərqlənən tələbələr qiymətləndirilir.