► Geyim məmulatlarının keyfiyyətinin formalaşmasında biçilmə əməliyyatının rolu
Biçilmə əməliyyatı geyim məmulatlarının keyfiyyətinin formalaşmasında mühüm rol oynayır. Geyim məmulatlarının bütün biçim əməliyyatlarını iki yerə bölürlər: hazırlıq əməliyyatları və əsas əməliyyatlar.
Biçilmə prosesində aparılan hazırlıq əməliyyatlarına materialların keyfiyyətcə qəbulu, konfeksiyalaşdırma, parçaların nastildə sortlaşdırılması, parça kəsiklərinin hesablanması, işarələnmənin və trafaretlərin hazırlanması daxildir.
Materialların keyfiyyətcə qəbulu dedikdə xüsusi çıxdaş dəzgahlarında geyim üçün lazım olan bütün materialların keyfiyyətinin yoxlanılması başa düşülür. Bu zaman materialların markasına və növünə nəzarət edilir.
Konfeksiyalaşdırma dedikdə hər bir model üçün bütün materialların texniki şərtlərə tam uyğun olaraq seçilməsi nəzərdə tutulur.
Müəssisələrdə materialların biçilməsi nastillər üzərində həyata keçirilir ki, bu da çoxlu miqdarda polotno yığımından ibarət olur. Biçilmənin yüksək keyfiyyəti nastildə parçaların düzgün sortlaşdırılması ilə təmin edilir.
► Parçanın biçimə hazırlanması
Biçimin əsas xammalı parçadır. Eninə görə tək en və iki en ola bilirlər. Eni orta hesabla 1 metrdən az olarsa, tək en (Şəkil 1.21), 1 metrdən çox olars, iki en (Şəkil 1.22) hesab edilir.
Şəkil 1.21. Tək en parça |
Şəkil 1.22. İki en parça |