► Ətəklərin çeşidləri
Yüksək bel ilə trikotaj düz (qələm) ətək -Qələm ətək moda dünyasının ən parlaq tendensiyalarından biridir (Şəkil 2.1).
Son vaxtlar uzunluğu dizdən aşağı olan yüksək belli qələm ətəklər çox məşhurdur.
Krujevalı ətəklər - Moda dizayneri ildən-ilə bizi ən gözlənilməz birləşmələr ilə təəccübləndirirlər. Qələm ətək üzərində krujeva toxumasını müşahidə etmək xüsusilə gözəl görünür (Şəkil 2.3).