► Şalvar modelləri
Cinslər hər zaman dəbdə olan parçalardır. Cinslər çox rahat və əlverişli olduğu üçün gündəlik, ofis stilində ona çox yer veririk. Bədən ölçülərindən asılı olmayaraq (kök xanımların həddindən artıq dar şalvar geyinməsini çıxmaq şərti ilə), cinslər hamıya yaraşır.
Tökülən cins şalvarlar: Tökülən, bol cinslər kişilərə xas olan üslub olsa da, dəb ilahələrinin də sevdiyi modeldir. Cazibədar görünmək istəyən xanımlar onu dikdaban ayaqqabı ilə birləşdirə bilərlər. Həddindən artıq arıq xanımlar bu modeldən yan qaçsa, yaxşıdır. Arıq olduqları üçün tökülən model onların şıq və gözəl görünməsinə mane olur. Ancaq tökülən modelin çox bol olmayan variantlarını geyinə bilərlər (Şəkil3.1).
Qara cins: Qara cinslər digərləri ilə müqayisədə daha əlverişlidir (Şəkil 3.2). Qara cinsləri özəl gecələrdə də geyinmək şansımız var. Düzgün seçilmiş köynək və ayaqqabı ilə qara cins şalvarı çox şıq hala salmaq olar. Həm də bu şalvarlarla zövqsüz görünmək şansı çox aşağıdır. Hər bir xanımı arıq və incə göstərməsindən isə ağızdolusu danışmağa gərək duymuram.