2.2. Beldən kəsik paltarı hazırlayır.
► Qadın paltarının hazırlanma ardıcıllığı
Qadın paltarları aşağıdakı ardıcıllıqla hazırlanır;► Paltarın biçilmiş hissələri və kənar kəsiklərin hazırlanması
Qadın paltarının biçilmiş hissələri modelin görünüşündən asılı olaraq, müxtəlif ola bilər. Beldən bütöv paltarın əsas biçilmiş hissələri aşağıdakılardır: arxa hissə - 1 (2 hissədən ibarət ola bilər); qabaq hissə - 1; qol - 2; alt yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq -1. Əgər paltar modelində kəmər, cib və başqa hissələr varsa, onların da biçilmiş hissələri olmalıdır. Beldən kəsik qadın paltarının biçilmiş hissələri aşağıdakılardır: arxa hissə -1; ön hissə -1 (2 hissədən ibarət ola bilər); qol - 2; ətəkliyin ön hissəsi - 1; ətəkliyin arxa hissəsi - 1 (2 hissədən ibarət ola bilər); alt yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq -1; kəmər -1 və s.
Biçilmiş hissələrin kənar kəsiklərinin hazırlanması xüsusi hörmələyici maşın vasitəsilə yerinə yetirilir. Bu əməliyyatlar xüsusi 51-A sinif və ya 208-A sinif maşınlarında yerinə yetirilir. Paltar qalın parçadan hazırlanarsa və ya tikişlərin arası açılaraq ütülənəcəksə, onda birləşdirici tikiş etmədən hissələrin kənarları hörmələnməlidir. Əgər bir tərəfə ütülənəcəksə, onda hörmələmə bitişdirici tikişdən sonra edilməlidir.
► Paltarda qarsaqların hazırlanması
Geyimlərə müxtəlif forma vermək üçün qarsaqlardan istifadə edirlər. Qarsaqlar geyimin müxtəlif hissəsində, o cümlədən öndə, kürəkdə, qolun dirsək xəttində, qolların ağzında və s. hissədə hazırlanır. Qarsaqlar bütöv, kəsik və relyef şəklində olur. Bütöv qarsaqlar qollarda,