2.3. Qolu reqlan biçimli paltarın hazırlanma xüsusiyyətini göstərir.
► Qolu reqlan biçimli paltarın hazırlanması
Qolu reqlan biçimli paltarlar öz konstruksiyalarına görə digər biçimli qollardan fərqlənirlər. Qolu reqlan biçimli paltarı, əsasən, yumşaq yun və sintetik parçalardan hazırlayırlar (Şəkil 2.16).
Bu cür paltarlarda qolun kəsiyi çiyin kəsiyinə qədər yox, yaxa yerinə qədər götürülür (Şəkil 2.17.). Reqlan qollu paltar hazırlayarkən əvvəlcə ətək və kürək hissədə yerləşən qarsaqları, qatlamaları, relyef tikişlərini hazırlamaq lazımdır. Sonra qol dibi kəsiyində ətək və kürək tərəfdən azca boşluq vermək lazımdır. Əgər parçanın kənarı söküləndirsə və ya çox dartılırsa, onda qol dibi kəsiyi üzrə haşiyə (dartılmanın qarşısını almaq üçün) tikmək lazımdır. Qol dibinə boşluq onun üçün verilir ki, ətək və kürək öz formasını ala bilsin. Kürəyə və ətəyə verilən büzməni parçanın tərs tərəfindən ütüləmək lazımdır.
Bir, iki, üç tikişli reqlan qollar. Reqlan biçimli qollar bir, iki, üç tikişli olur. Bir hissədən ibarət reqlan qollar bir tikişli qollar adlanır. Bu cür qolların yuxarı hissəsində kəsik qarsaq var. Yuxarı kəsik qarsaq çiyin tikişinin davamı kimidir. Əvvəlcə qarsağı hazırlayırlar. Bunun üçün