Çiyin geyimlərinin hazırlanması
Tələbələr üçün fəaliyyətlər
- Əlavə mənbələrdən istifadə etməklə müasir buxar-hava manekeni haqqında
təqdimat hazırlayın.
- Qruplara bölünün. Hər qrup İNƏ növ və təyinatına aid suallar hazırlayıb digər
qruplara versin. Qruplar bir-birinin cavablarını qiymətləndirsin.
- Əlavə mənbələrdən istifadə etməklə applikasiyanın yaranma tarixi və inkişaf yolu
haqqında esse yazın.
- Qruplara bölünün və liderlərinizi seçin. Müəyyən olunmuş vaxt ərzində naxışı
parçaya müxtəlif üsullarla köçürün. Vaxt bitdikdə liderlər qruplarının işlərini
təqdim etsinlər.
- Rollu oyun təşkil edin. Hazırladığınız geyimi muncuqlarla bəzəyin və sərgi-satış
yarmarkası təşkil edin.
- Emalatxanada istənilən köhnəlmiş geyimin təmirini aparın.
-
Qalın və nazik parçalardan applikasiyaların işlənilməsinin oxşar və fərqli
cəhətlərini qeyd edin.
- Müxtəlif bəzək elementlərindən istifadə etməklə tikdiyiniz donu bəzəyin və moda
nümayişi təşkil edin.