4.3.1. Geyimdə təmir üsullarını müəyyən edir
• Geyimin təmir üsulları
Geyimlərin zədələnmiş sahələrini təmir edərkən bədii közəmədən,
çitəmədən, hörmə və calaq üsullarından istifadə edirlər. Material tam
köhnəldikdə calaqla təmir tətbiq olunur. Calaqlar 3 üsul vasitəsilə birləşdirilir:
1) maşın; 2) əl; 3) yapışqan. Pambıq, yun, ipək parçalardan hazırlanan
geyimlərin təmirində maşın üsulundan istifadə olunur. Bahalı yun parçalarda
tikişlərin üzərini örtmək üçün görünən yerləri üz tərəfdən əl tikişi ilə tikirlər. Calaqların əl üsulu ilə emalı
çox zəhmət tələb edir. Bu üsuldan çox bahalı materiallardan tikilmiş geyimləri təmir edərkən istifadə
edirlər. Əl üsulu ilə calaq köhnəlmiş yerə ya közənir, ya da ki, hörmə üsulu ilə tikilir. Zədələnmiş, cırılmış
geyimləri təmir edərkən maşın, əl üsulu ilə yanaşı yapışqan üsulundan da geniş istifadə edilir. O biri
üsullarla müqayisədə, yapışqan üsulu düzgün yerinə yetirildikdə daha möhkəm birləşir, üz tərəfdən
demək olar ki, bilinmir. Bu üsulu qalın mahud, həm də yüngül yun və ipək parçalarda tətbiq etmək olar.
Yapışdırılmış parçanın tikişini örtmək üçün parçanın tərs tərəfindən pambıq parça yapışdırılır, yaxud əllə
tikilir.